5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Şimali Afrika Misir
Misir

Misirdə gəmi qəzası fövqəladə vəziyyət yaradıb

Süveyş körfəzində qazma gəmisinin batması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

2 İyul 2025 14:28
Misirdə gəmi qəzası fövqəladə vəziyyət yaradıb

BAKI, AzerVoice

Süveyş körfəzində qazma gəmisinin batması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

AzerVoice xəbər verir ki, Misirin şərqində yerləşən Süveyş körfəzində “Adam Marine 12” adlı qazma gəmisinin batması faciəyə səbəb olub.

Rəsmi məlumatlara görə, qəza nəticəsində 4 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.

Misir Neft Nazirliyi hadisənin Cəbəl-Zeyt bölgəsində baş verdiyini təsdiqləyib. Qəzanın ardından neft və mineral sərvətlər naziri Kərim Bədəvi və əmək naziri Məhəmməd Cübran fövqəladə vəziyyəti qiymətləndirmək və xilasetmə işlərinə nəzarət etmək üçün hadisə yerinə yollanıblar.

Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, hadisədən dərhal sonra bölgəyə 20 təcili yardım maşını göndərilib. Yaralıların bir hissəsi El-Qouna hava limanına daşınıb. Qırmızı Dəniz Sağlamlıq Müdirliyi və bütün xəstəxanalar fövqəladə vəziyyətə keçirilib.

Qırmızı dəniz vilayətinin valisi Əmr Hənəfi isə 3 nəfərin hələ də itkin düşdüyünü, axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib. Hadisənin gəminin Əşrəfiya platforması yaxınlığında yeni sahəyə çəkilməsi zamanı baş verdiyi qeyd olunur.

Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır və aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir.

Məqalədə: #Misir #gəmi qəzası #gəmilər #Süveyş kanalı #Fövqəladə vəziyyət #axtarış-xilasetmə işləri

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.