8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Angela Merkel kütləvi qaçqın axınını qəbul etməyə hazır olduğunu bildirdi

Merkelin mübahisəli mövqeyi əsasən Suriya, Əfqanıstan və İraqdan gələn təxminən 1 milyon qaçqına humanitar dəstək göstərməyi nəzərdə tuturdu.

31 Avqust 2025 16:47
Bu gün Angela Merkel kütləvi qaçqın axınını qəbul etməyə hazır olduğunu bildirdi

BAKI, AzerVoice

2015-ci il avqustun 31-də Almaniya kansleri Angela Merkel ölkəsinə və bütün dünyaya səs salan bəyanatla çıxış etdi. O, “Wir schaffen das” (“Biz bacararıq”) sözlərini işlədərək, İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük qaçqın böhranı zamanı kütləvi qaçqın axınını qəbul etməyə hazır olduğunu bildirdi.

Merkelin mübahisəli mövqeyi əsasən Suriya, Əfqanıstan və İraqdan gələn təxminən 1 milyon qaçqına humanitar dəstək göstərməyi nəzərdə tuturdu.

Açıq qapı siyasətini dəstəkləyənlər bunu insan hüquqlarının qorunmasına sadiqlik kimi qiymətləndirirdilər. Tənqidçilər isə bunun iqtisadi gərginlik, mədəni toqquşmalar, təhlükəsizlik problemləri və uzunmüddətli digər fəsadlar yaradacağını iddia edirdilər. Anti-immiqrasiya mövqeyi ilə tanınan Alternative für Deutschland (AfD) partiyası həmin vaxt müvəqqəti olaraq reytinqlərdə artım yaşadı.

Merkel mətbuat konfransında belə dedi:
“Sadəcə olaraq belə deyirəm: Almaniya güclü dövlətdir… Biz indiyə qədər çox şeyin öhdəsindən gəlmişik — bunun da öhdəsindən gələ bilərik.”
Bu çıxış onun Drezden yaxınlığında yerləşən qaçqın mərkəzinə səfərindən sonra baş tutmuşdu.

Bəyanat geniş media diqqəti topladı və sonrakı çıxışlarında təkrarlanan mövzuya çevrildi. Merkel sentyabr ayında əlavə olaraq belə demişdi:
“Əgər biz fövqəladə vəziyyətdə dostcasına davranış nümayiş etdiyimiz üçün üzr istəməyə məcbur olsaq, deməli, bu ölkə artıq mənim ölkəm deyil.”

Almaniyanın ilk qadın kansleri olmuş Merkel 18 il bu vəzifədə çalışdıqdan sonra 2018-ci ildə istefa verdi.

The New York Times-ın məlumatına görə, 2015–2016-cı illərdə Almaniyaya gəlmiş miqrantlar cəmiyyətə inteqrasiya etməyə davam ediblər.

Məqalədə: #Əfqanıstan #Suriya #Angela Merkel #Alternative für Deutschland #Wir schaffen das

Mövzu üzrə digər xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
Tarixdə bu gün

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?

00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 8 Sentyabr

00:01
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Tarixdə bu gün

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı

7 Sentyabr 06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Tarixdə bu gün

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları

7 Sentyabr 00:15

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.