Bakı. AzerVoice:
Çorumda sərnişin avtobusunun arxadan yük maşınına çırpılması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
AzerVoice-un məlumatına görə, qəza yerinə jandarma, polis, təcili tibbi yardım və xilasetmə qrupları sövq edilib.
Sərnişin avtobusunda baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.