14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Müharibənin uşaqların DNT-sinə təsiri üzə çıxıb

Müharibənin uşaqların DNT-sinə təsir göstərməsi ilə bağlı yeni araşdırma ciddi nəticələr ortaya çıxarıb.

7 Dekabr 2024 18:00
Müharibənin uşaqların DNT-sinə təsiri üzə çıxıb

Bakı, AzerVoice

Müharibənin uşaqların DNT-sinə təsir göstərməsi ilə bağlı yeni araşdırma ciddi nəticələr ortaya çıxarıb.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın Surrey Universitetinin rəhbərlik etdiyi tədqiqat, Livandakı qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşan suriyalı qaçqın uşaqlar arasında aparılıb. Araşdırma nəticəsində müharibə travmasının bioloji səviyyədə ciddi dəyişikliklərə səbəb olduğu müəyyən edilib.

Araşdırmada 6-19 yaş arası 1507 suriyalı qaçqın uşağın tüpürcək nümunələri analiz edilib.

DNT metilasiyası, genlərin aktivləşmə və ya deaktivləşmə prosesində rol oynayan bioloji mexanizmlərdən biridir. Bu proses müharibə, stress və travma nəticəsində təsirlənə bilər.

Uşaqların genetik materialında, xüsusilə sinir hüceyrələrinin funksiyaları və stress reaksiyaları ilə bağlı genlərdə dəyişikliklər müşahidə edilib. Bu dəyişikliklər DNT ardıcıllığını dəyişməsə də, genlərin necə işlədiyini təsir edir.

Araşdırma qızların oğlanlara nisbətən daha ciddi epigenetik dəyişikliklərə məruz qaldığını göstərib. Xüsusilə stressə reaksiya və beyin inkişafı ilə bağlı genlərdə bu təsirlər daha qabarıq olub.

Tədqiqatçılar müharibənin DNT metilasiyası ilə əlaqəli olaraq yavaş epigenetik yaşlanma ilə nəticələndiyini bildiriblər. Bu isə, uşaqların fiziki və zehni inkişafının ləngiməsinə səbəb ola bilər.

Surrey Universitetinin professoru Maykl Pluess bu nəticələri belə şərh edib:
"Müharibənin psixi təsirləri məlum olsa da, bu araşdırma onun bioloji mexanizmlərini ortaya qoyur. Müharibə travmasının genetik səviyyədə uşaqların inkişafına və sağlamlığına uzunmüddətli təsiri ola bilər."

Bu araşdırma müharibə şəraitində yaşayan milyonlarla uşaq üçün yalnız psixoloji deyil, həm də bioloji səviyyədə travmanın dərin təsirlərini nümayiş etdirir. Alimlər bu tapıntıların gələcəkdə uşaq sağlamlığı və inkişafı ilə bağlı yeni yanaşmaların hazırlanmasında əsas rol oynayacağını vurğulayırlar.

Məqalədə: #Böyük Britaniya #Bunu bilirsinizmi? #genetika

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.