9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Qırmızı planetin gizli keçmişi

25 Fevral 2025 11:49
Qırmızı planetin gizli keçmişi

Bakı, AzerVoice

Əvvəlki tədqiqatlar Marsda qədim çay vadiləri və çöküntü süxurlarının olduğunu sübut etsə də, okeanların mövcudluğu uzun müddət müzakirə mövzusu olub. Lakin Çinin Zhurong roverindən əldə edilən son məlumatlar bu mövzuda yeni və güclü sübutlar təqdim edir.

AzerVoice xəbər verir ki , Zhurong roveri Marsın Utopia Planitia bölgəsində yeraltı görüntüləmə aparıb. Penn State Universitetindən Dr. Benjamin Kardenas bu bölgənin peyk görüntülərində paleosahil xətləri ilə xəritələndiyini bildirir.

Elm adamları Marsın şimal ovalıqlarından əldə edilən yeraltı məlumatların Yerdəki sahil bölgələrində istifadə edilən radar ölçmələri ilə oxşarlığını vurğulayırlar. Tədqiqatçılar yeraltı strukturların bir zamanlar okeana doğru meyl etdiyini müəyyən ediblər. Bu, Marsda keçmişdə geniş su hövzələrinin olduğunu göstərən güclü sübutlardan biridir.

Zhurong roverindən toplanan məlumatlar Marsdakı sahil xətlərinin zamanla dəyişdiyini ortaya qoyur. Dr. Kardenas qeyd edir ki, “Məlumatlar sahil xəttinin ən azı 1,3 km şimala doğru irəlilədiyini göstərir.”

"Bu sadəcə geoloji bir forma deyil. Burada biz gelgitlərin, dalğaların və çöküntü axınının izlərini görürük. Bu isə o deməkdir ki, proses uzun müddət aktiv olub." - deyə o, bu kəşfin böyük elmi əhəmiyyət daşıdığını vurğulayaraq əlavə edib.

Tədqiqatçılar müəyyən edilən geoloji strukturların başqa proseslər nəticəsində formalaşdığı ehtimalını nəzərdən keçirsələr də, əldə edilən məlumatlar vulkanik fəaliyyət, çay eroziyası və ya külək təsiri ilə izah edilə bilmir.

Bu tapıntılar Marsda keçmiş həyatın mümkünlüyünü araşdıran elm adamları üçün böyük maraq doğurur. Sahillər su, hava və quru arasında qarşılıqlı əlaqənin baş verdiyi yerlərdir. Alimlərin fikrincə, Yer kürəsində də həyat məhz bu cür mühitlərdə yaranıb. Bu səbəbdən, Marsda qədim həyat izlərini tapmaq üçün həmin bölgələr yeni missiyalar üçün əsas hədəf ola bilər.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.