11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Qar korluğu təhlükəsi - görmə itkisinə səbəb ola bilər

1 Mart 2025 16:00
Qar korluğu təhlükəsi - görmə itkisinə səbəb ola bilər

Bakı, AzerVoice

Son günlər baş verən qar fırtınaları, çovğun və güclü külək səbəbindən qar korluğu hallarında artım müşahidə edilir.

AzerVoice xəbər verir ki , Ankara Təhsil və Araşdırma Xəstəxanasının Göz Xəstəlikləri Mütəxəssisi Dos. Dr. Evin Şingar, qar və buzdan əks olunan ultrabənövşəyi (UV) şüaların gözlərə ciddi ziyan vura biləcəyini və fotokeratit adlı xəstəliyə səbəb ola biləcəyini bildirib.

Qar korluğunun əsas simptomları arasında göz ağrısı, yanma və sancma , qızartı və sulanma,işığa həssaslıq və bulanıq görmə yer alır.

Dos. Dr. Şingar bildirib ki, buynuz qişa və konyunktivanın zədələnməsi müvəqqəti görmə itkisinə səbəb ola bilər. Nəticədə, xəstələr böyük panika ilə xəstəxanalara müraciət edirlər.

Bu xəstəlik gözün ultrabənövşəyi şüalara uzun müddət məruz qalması nəticəsində yaranır. Qar və buz günəş işığını əks etdirərək gözə daha çox UV şüası yönləndirir. Bu isə buynuz qişanın üst qatının (epitel toxumasının) zədələnməsinə səbəb olur.

Şingar qeyd edib ki, qar korluğu olan xəstələrdə epitel təbəqəsində ödem, qızartı və hətta kiçik soyulmalar müşahidə edilə bilər. Bu isə infeksiyalara şərait yaradır.

Qar korluğu yaranması halında gözləri soyuq kompreslə sakitləşdirmək,bol maye qəbul etmək və süni gözyaşı damcıları istifadə etmək, infeksiya riski varsa, antibiotik damcılarından istifadə etmək lazımdır. Şiddətli hallarda müvəqqəti qoruyucu kontakt linzalardan istifadə edilə bilər, 2-3 gün ərzində isə simptomlar azalır

Qar korluğundan qorunmaq üçün xüsusilə UV qoruyuculu linzalı günəş eynəyi taxmaq, qarlı havada geniş kənarlı papaq geyinmək,gözlərin uzun müddət günəş işığına və qara baxmasının qarşısını almaq vacibdir.

Şingar xəbərdarlıq edib ki, qar korluğu ümumiyyətlə qalıcı deyil, lakin çox güclü UV şüalarına uzun müddət məruz qalmaq görmə sinirlərinə və macula bölgəsinə ciddi ziyan vura bilər. Bu isə daha ciddi və qalıcı görmə problemlərinə səbəb ola bilər.

Qar korluğundan qorunmaq üçün yayda olduğu kimi qış aylarında da günəş eynəkləri taxmaq vacibdir!

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.