12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

ChatGPT sağlamlıq məsləhətləri üçün nə dərəcədə təhlükəsizdir?

2 Mart 2025 14:41
ChatGPT sağlamlıq məsləhətləri üçün nə dərəcədə təhlükəsizdir?

Bakı,AzerVoice

Son illərdə süni intellekt texnologiyaları insanların gündəlik və peşəkar həyatında mühüm yer tutmağa başlayıb. İstifadəçilərə fərdiləşdirilmiş və məntiqli cavablar təqdim edən bu texnologiya, səhiyyə sahəsində də məlumat əldə etmə vasitəsinə çevrilib. Lakin bu alət bəzi hallarda riskli ola bilər və lazımsız narahatlıqlara səbəb ola bilər.

Süni intellekt hələ də nisbətən yeni bir texnologiyadır və daim inkişaf edir. Avstraliyada aparılan yeni bir araşdırma, kimlərin sağlamlıqla bağlı suallar üçün ChatGPT-dən istifadə etdiyini və hansı növ suallar verdiyini ortaya qoyub.

Araşdırmanın nəticələri insanların bu texnologiyanı səhiyyə sahəsində necə istifadə edə biləcəyini və təhlükəsiz istifadəsi üçün hansı yeni bacarıqlara ehtiyac duyduğunu anlamağa kömək edə bilər. Bu kontekstdə "süni intellekt sağlamlıq savadlılığı" anlayışının əhəmiyyət qazandığı vurğulanır.

2024-cü ilin iyun ayında keçirilən araşdırmada Avstraliya üzrə 2000-dən çox insanla müsahibə aparılıb. İştirakçıların 9,9 faizi 2024-cü ilin ilk yarısında ChatGPT-yə sağlamlıqla bağlı sual verdiyini bildirib.

Ümumilikdə, istifadəçilər ChatGPT-yə "orta səviyyədə" güvəndiklərini bildiriblər (5 üzərindən 3,1 bal).

Araşdırma göstərib ki, sağlamlıq savadlılığı aşağı olanlar, ingiliscə danışılmayan bir ölkədə doğulanlar və ya evdə fərqli dil danışanlar ChatGPT-dən daha çox istifadə edirlər. Bu isə ənənəvi səhiyyə məlumatlarına çıxış imkanlarının məhdud olduğu insanları süni intellektə yönəldiyini göstərir.

ChatGPT-yə verilən sağlamlıq suallarının əsas mövzuları bunlardır:

  • Hər hansı bir xəstəlik haqqında məlumat almaq – 48%
  • Simptomların mənasını öyrənmək – 37%
  • Müəyyən bir vəziyyətdə hansı addımı atmaq lazım olduğunu soruşmaq – 36%
  • Tibbi terminləri anlamaq – 35%
  • İştirakçıların 61%-i klinik qiymətləndirmə tələb edən ən azı bir sual verdiyini bildirib. Xüsusilə, simptomların nə anlama gəldiyini öyrənmək üçün verilən suallar, həkim məsləhətinin yerini tuta bilməyəcəyi üçün "daha riskli" kateqoriyaya aid edilib.

İngiliscə danışılmayan ölkələrdə doğulan və ya evdə fərqli dildə danışan şəxslərin bu cür daha riskli suallar vermə ehtimalı daha yüksək olduğu aşkar edilib.

Sağlamlıq məlumatı üçün süni intellektdən istifadə etmənin artması gözlənilir. Araşdırmaya qatılan və indiyə qədər ChatGPT-dən sağlamlıq məlumatı üçün istifadə etməyənlərin 39%-i, qarşıdakı altı ay ərzində bunu edə biləcəyini bildirib.

Bundan əlavə, yalnız ChatGPT deyil, Google Gemini, Microsoft Copilot və Meta AI kimi digər süni intellekt alətlərinin də bu sahədə getdikcə daha çox istifadə edildiyi qeyd olunur.

Xüsusilə, fərqli mədəni və dil mənşəyinə malik şəxslərin sağlamlıq məlumatı üçün ChatGPT-yə müraciət etdiyi müşahidə edilib.

Əgər bu şəxslər süni intellekti sağlamlıq məlumatlarını tərcümə etmək üçün istifadə edirsə, məlumatların düzgünlük dərəcəsi daha da aşağı düşə bilər.

Süni intellekt alətlərinin müxtəlif dillərdə daha az dəqiq cavablar verdiyi məlumdur. Buna görə də, yüksək keyfiyyətli səhiyyə məlumatlarına çıxışı təmin etmək üçün həm insan dəstəyi, həm də texnoloji həllərə investisiya qoyulmalıdır.

Üretken süni intellekt artıq həyatın bir hissəsinə çevrilib. Bu, səhiyyə sahəsində həm imkanlar, həm də risklər yaradır.

Bir tərəfdən, səhiyyə məlumatlarına çıxışı çətin olan şəxslər üçün böyük bir rahatlıq təmin edir. Çünki çox vaxt səhiyyə məlumatları adi insanlar üçün həddindən artıq mürəkkəb dildə yazılır və süni intellekt bu məlumatları sadələşdirərək daha anlaşıqlı edə bilər.

Digər tərəfdən, ümumi məqsədli süni intellekt alətlərinə tibbi məsləhət üçün müraciət edilməsi, xüsusilə klinik qiymətləndirmə tələb edən hallarda risk yaradır.

Bundan əvvəl bəzi istifadəçilərin xəstəxanaya gedib-getməmək barədə qərar vermək üçün süni intellektə müraciət etdiyi və bunun təhlükəli nəticələr doğura biləcəyi aşkar edilmişdi.

İnsanlar süni intellekt alətlərindən istifadə edərkən verdikləri suallara diqqət yetirməli və riskli suallar üçün rəsmi səhiyyə qurumlarına müraciət etməlidirlər.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
12:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.