13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Maye batareyalar bərpa olunan enerjiyə keçiddə inqilab edə bilər

19 İyun 2024 13:44
Maye batareyalar bərpa olunan enerjiyə keçiddə inqilab edə bilər

Bakı, VOA

Alimlər bərpa olunan enerji mənbələrinə keçiddə böyük sıçrayış yaradacaq elektrik enerjisini maye yanacaqlarda saxlamağın yolunu kəşf edib.

VOA xəbər verir ki, bu kəşf elektrik enerjisini maye hidrogen içində saxlamağa və sərbəst buraxılmasına imkan verən “sehrli” qatqı maddəsinə əsaslanır.

Həddindən artıq istehsal dövrlərində enerjinin saxlanmasına və hasilat azaldıqda yenidən şəbəkəyə göndərilməsinə imkan verən batareyalar, günəş və külək enerjisindən maksimum dərəcədə istifadə edə bilmək üçün lazımdır.

Belə ki, noutbuklardan tutmuş elektrik nəqliyyat vasitələrinə qədər hər şeydə mövcud olan litium-ion batareyalarının belə geniş miqyaslı məqsədlər üçün baha başa gəlməsi elm adamlarını alternativ sistemlər axtarmağa vadar edib.

ABŞ-ın Stenford Universitetinin bir qrup tədqiqatçısı bərpa olunan enerjinin saxlanması vasitəsi kimi maye üzvi hidrogen daşıyıcılarından (Liquid Organic Hydrogen Carriers, LOHC-lər) istifadə etməyin yeni üsulunu ortaya çıxarıb. LOHC-lər və ya tədqiqatçıların sözü ilə maye batareyalar, katalizatorlar və yüksək temperaturdan istifadə edərək hidrogeni saxlayır və lazım olduqda onu elektrik enerjisi kimi kənara buraxır.

Stenford Universitetinin Humanitar və Təbiət Elmləri fakultəsində kimya professoru olan Robert Waymouth "Elektrik şəbəkəsi enerjini istehsal etdiyiniz nisbətdə istifadə edir və əgər siz o anda istifadə etmirsinizsə və onu saxlaya bilmirsinizsə, onu atmağınız lazımdır"- deyə açıqlama verib.

"Biz maye yanacaqlarda elektrik enerjisinin seçici olaraq konvertasiyası və uzunmüddətli saxlanması üçün yeni strategiya işləyib hazırlayırıq. Biz həmçinin hidrogen istehsal etmədən qaz halında elektrik enerjisini maye yanacaqda saxlamaq üçün yeni, seçici katalitik sistem də kəşf etmişik" - deyə professor əlavə edib.

Bu kəşf "Journal of the American Chemical Society" adlı beynəlxalq jurnalda dərc olunan "Cobaltocene-Mediaated Catalytic Hydride Transfer: Strategies for Electrocatalytic Hydrogenation" başlıqlı məqalədə təfərrüatlı şəkildə izah edilmişdir.

Maye batareyalar bərpa olunan enerjiyə keçiddə inqilab edə bilər
Məqalədə: #batareya #enerjinin saxlanması #Liquid Organic Hydrogen Carriers #maye batareyalar

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.