13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Fransada qazıntı zamanı 200 il əvvələ aid içində məktub olan şüşə tapılıb

23 Sentyabr 2024 12:09
Fransada qazıntı zamanı 200 il əvvələ aid içində məktub olan şüşə tapılıb

Bakı, AzerVoice

Fransanın şimalında arxeoloji qazıntı aparan bir qrup könüllü tələbə içində məktub olan şüşə tapıb.

AzerVoice xəbər verir ki, Guillaume Blondelin rəhbərlik etdiyi araşdırma qrupu, Dieppe yaxınlığındakı qayalıqlarda Qalya kəndinin xarabalıqları üzərində qazıntı işləri aparıb.

Guillaume Blondel, tapdıqları şüşənin qadınların boyunlarına asdığı ​​və bəzək kimi daşıdıqları kiçik şüşə butulkalara bənzədiyini bildirib.

Blondel məktubda “Dippedən olan və müxtəlif ziyalı icmalarının üzvü P.J.Féret 1825-ci ilin yanvarında burada qazıntılar apardı. O, Cité de Limes və ya Sezar düşərgəsi kimi tanınan bu geniş ərazidə tədqiqatlarını davam etdirir.”- deyə yazıldığını deyib.

O dövrün bələdiyyə qeydlərinə əsasən deyə bilərik ki, Féretin ərazini ilk dəfə 200 il əvvəl qazmağa başlayıb.

Blondel, hadisə ilə bağlı təssüratlarını bölüşərək "bu, tamamilə sehrli bir an idi. Biz burada keçmişdə qazıntı işləri aparıldığını bilirdik, lakin 200 il əvvələ aid bu mesajla rastlaşmaq tamamilə sürpriz oldu" - deyib.

Arxeologiyada belə hadisələrə nadir hallarda rast gəlindiyini deyən Blondel bildirib ki, "arxeoloqlar bütün işləri özləri həll etmək istəyirlər, kimlərinsə gəlib onların başladığı tədqiqatı tamamlamalarını istəmirlər. Ona görədə gələcəyə məktub buraxmırlar ".

"Qazıntı işləri Dieppenin şimalında yerləşən ərazidə qayalıqların aşınması səbəbindən başlamışdı. İndiyə qədər eroziya səbəbindən Qalyalı kəndinin əhəmiyyətli hissəsi dağıldı.

Biz burada Qalyalı kəndinin olduğunu bilirdik. Lakin bu kəndin necə bir kənd olduğunu bilmirdik. Görəsən vacib bir yer idimi? bunu da bilmirik" -deyə Blondel bildirib.

Qeyd edək ki, qazıntının ilk həftəsində 2000 il əvvələ, Qalya dövrünə aid saxsı qablar tapılıb.

Fransada qazıntı zamanı 200 il əvvələ aid içində məktub olan şüşə tapılıb Fransada qazıntı zamanı 200 il əvvələ aid içində məktub olan şüşə tapılıb
Məqalədə: #Fransa #arxeoloji tapıntılar

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.