11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Ayaqların istiliyi yuxuya getməyə necə kömək edir?

Avropanı bürüyən 2025-ci ilin ilk isti hava dalğası fonunda gecələr yuxusuzluqdan əziyyət çəkənlər üçün alimlər maraqlı və effektiv bir üsul təklif edir.

29 İyun 2025 11:00
Ayaqların istiliyi yuxuya getməyə necə kömək edir?

BAKI,AzerVoice

Avropanı bürüyən 2025-ci ilin ilk isti hava dalğası fonunda gecələr yuxusuzluqdan əziyyət çəkənlər üçün alimlər maraqlı və effektiv bir üsul təklif edir.

Yuxu mütəxəssisi professor Eüs van Someren-in sözlərinə görə, ayaqların isti olması beyinə “yatmaq vaxtıdır” mesajı göndərir. Araşdırmalar göstərir ki, yuxudan əvvəl corab geyinmək insanın daha tez yuxuya getməsinə, yuxunun keyfiyyətinin artmasına və gecə ərzində oyanma hallarının azalmasına səbəb olur.

Normal şəraitdə bədən yuxuya getməzdən əvvəl damarların genişlənməsi yolu ilə istiliyi xaricə verərək soyumağa başlayır. Corabla yatmaq bu prosesi “təqlid edir” və nəticədə bədənin daxili temperaturu enir, beyinə isə yuxuya hazırlaşma siqnalı göndərilir.

2018-ci ildə aparılan tədqiqat nəticələrinə əsasən, otaq temperaturu 23 dərəcə olduğu halda çorab geyinən insanlar ortalama 7,5 dəqiqə daha tez yuxuya gedir, gecə ərzində isə 7 dəfə az oyanır.

Yuxu mütəxəssisi Dr. Maykl Qradisar qeyd edir ki, bu metod xüsusilə Raynaud sindromu və qan dövranı zəif olan şəxslər üçün daha çox faydalıdır.

Metoddan necə düzgün istifadə etməli?

  • Yatmazdan təxminən 1 saat əvvəl ayaqları isindirmək daxili temperaturun vaxtında azalmasına yardım edir
  • Nəfəs alan və təbii materiallardan hazırlanan coraplar seçilməlidir
  • Gecənin ortasında corabı çıxarmaq məsləhətdir
  • Əgər corabla yatmaq narahatlıq yaradırsa, isti duş və ya ayaq vannası da alternativ ola bilər

Dr. Qradisar əlavə edir ki, otaq sərin, ayaqlar isə isti olduqda yuxu üçün ən ideal şərait yaranır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, çox sıx corab geyinmək qan dövranını poza bilər. Yaxşı yuxu üçün həm bədənə, həm də beyinə uyğun şəraitin yaradılması olduqca vacibdir.

Məqalədə: #Bunu bilirsinizmi? #Yuxu problemləri #Yuxu Keyfiyyəti #yuxusuzluq problemi #Sağlam həyat tərzi

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.