13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Çiy qidaların riskləri və faydaları

Yeməklərin bişirilməsi zamanı bəzi vitamin və mineralların itməsi mümkündür.

5 İyul 2025 14:00
Çiy qidaların riskləri və faydaları

BAKI, AzerVoice

Y
eməklərin bişirilməsi zamanı bəzi vitamin və mineralların itməsi mümkündür. Xüsusilə C və B vitaminləri kimi su ilə həll olan maddələr bişirmə zamanı parçalanır və ya suya keçir. Lakin bu, bütün hallarda zərərli sayılmır. Əksinə, bəzi tərəvəzlər bişirildikdə onların qida maddələri orqanizm tərəfindən daha asan mənimsənilə bilir.

Bişirmə hansı vitaminləri azaldır?

C vitamini, B qrupu vitaminləri və kalium kimi minerallar istiyə və suya qarşı daha həssasdır. Bu maddələr xüsusilə kələm, brokoli, ispanaq, balqabaq və noxud kimi tərəvəzlərdə bol miqdarda olur. Bişirmə zamanı bu vitaminlərin itkisini azaltmaq üçün:

Buxarda bişirmə,

Mikrodalğalı sobada qısa müddətlik isitmə,

Tavada az su ilə qızartma
qaynatmaqdan daha yaxşı alternativlər sayılır.

Əlavə olaraq, əgər yeməyin suyu da istehlak edilirsə (məsələn, şorba və ya buğlama şəklində), vitamin itkisi minimuma enir.

Hansı tərəvəzlər bişirildikdə daha faydalı olur?

Pomidor, yerkökü, balqabaq və şirin kartof kimi tərəvəzlərdə olan likopen və beta-karotin kimi maddələr bişirildikdə daha yaxşı mənimsənilir. Bişirmə hüceyrə divarlarını zəiflədir və qida maddələrinin orqanizmə keçidini asanlaşdırır.

Eyni zamanda, nişasta və zülallar da bişdikdən sonra daha rahat həzm olunur. Bu baxımdan bəzi qidaların bişmiş şəkildə qəbul edilməsi daha faydalıdır.

Çiy tərəvəzlərin də rolu böyükdür

Çiy şəkildə qəbul edilən kərə, kahı, bibər, pomidor və ispanaq kimi tərəvəzlər C vitamini və B vitaminləri ilə zəngin olduğundan salat və təzə şirələr şəklində istifadə edilməsi tövsiyə olunur.

Xam pəhrizlər: Sağlamlıq üçün risk və imkanlar

“Raw food” (xam qida) pəhrizi tərəfdarları çiy və emal edilməmiş məhsulları əsas qida qaynağı kimi qəbul edirlər. Lakin bu cür pəhrizlər:

Protein, B12 vitamini və dəmir kimi qidaların çatışmazlığına,

Enerji azlığına,

Həddindən artıq məhdudiyyət və sosial çətinliklərə səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, tamamilə çiy və ya tamamilə bişmiş qida arasında seçim etməkdənsə, qarışıq və balanslı pəhriz ən sağlam yanaşmadır.

Qeyd edək ki, hər bir tərəvəzin bişdikdə və ya çiy şəkildə istehlakı zamanı faydaları dəyişə bilər. Əsas məsələ fərqli bişirmə üsullarından istifadə etməklə həm dad, həm də qida dəyərini maksimum səviyyədə qorumaqdır.

Məqalədə: #sağlamlıq #Bunu bilirsinizmi? #sağlamlıq təhlükələri #tərəvəzlərin bişirilməsi #bişmiş və çiy tərəvəzlər #mikrodalğalı soba #pəhriz və sağlamlıq #qida maddələrinin mənimsənilməsi

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.