7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Keops Piramidi ilə bağlı 12 min illik sirr iddiası

Mübahisəli araşdırmaçı Qraham Henkok Keops Piramidi haqqında yeni və qalmaqallı iddia ilə çıxış edib. Onun fikrincə, Giza yaylasındakı məşhur piramida 4.500 il deyil, 12.500 il əvvəl, indiyə qədər tanınmayan qədim bir sivilizasiya tərəfindən inşa olunub. Misirin aparıcı arxeoloqları isə bu iddianı elmi əsası olmayan bir nəzəriyyə adlandırıblar.

9 Avqust 2025 15:23
Keops Piramidi ilə bağlı 12 min illik sirr iddiası

BAKI, AzerVoice, Nailə Babazadə

Mübahisəli araşdırmaçı Qraham Henkok Keops Piramidi haqqında yeni və qalmaqallı iddia ilə çıxış edib. Onun fikrincə, Giza yaylasındakı məşhur piramida 4.500 il deyil, 12.500 il əvvəl, indiyə qədər tanınmayan qədim bir sivilizasiya tərəfindən inşa olunub. Misirin aparıcı arxeoloqları isə bu iddianı elmi əsası olmayan bir nəzəriyyə adlandırıblar.

Henkok belə hesab edir ki, qədim misirlilər bu tikilini sonradan miras alaraq müəyyən hissələrini tamamlayıblar:
"Mısırlılar mövcud olanı bərpa etdilər, amma əsas struktur çox daha əvvələ aiddir."

Sfenks və yağış eroziyası arqumenti

Araşdırmaçının əsas arqumentlərindən biri Böyük Sfenksin üzərindəki eroziya izləridir. Onun fikrincə, bu izlər yalnız min illərlə davam edən intensiv yağış nəticəsində yarana bilərdi. Belə yağışlar isə yalnız Buz dövrünün sonunda – təxminən 12.500 il əvvəl baş verib.

“4.500 il əvvəl Giza yaylasında belə bir yağış səviyyəsi olmayıb,” – deyə Henkok bildirir.

Dr. Zahi Hawass: “Bu iddialar elmi deyil”

Misirin tanınmış arxeoloqlarından biri, Dr. Zahi Hawass bu fikirlərə sərt reaksiya verib. Daily Mail-ə danışan Hawass Henkokun iddialarını "əsassız və elmdən uzaq" adlandırıb:
“Əgər biri bu piramidi 12.000 il əvvəl tikibsə, buna dair niyə heç bir sübut yoxdur?”

Dr. Hawass 50 ildir Giza bölgəsində arxeoloji qazıntılar apardıqlarını və bütün tapıntıların eramızdan əvvəl 2600-cü illərə – IV Sülalə dövrünə aid olduğunu deyib.

“Zep Tepi” və Orion bürcü nəzəriyyəsi

Henkokun başqa bir nəzəriyyəsi isə Misir mifologiyasındakı "Zep Tepi" – yəni "İlk Zaman" anlayışına əsaslanır. Onun sözlərinə görə, bu dövr də 12.500 il əvvələ təsadüf edir və piramidaların Orion bürcünə uyğun hizalanması da bu tarixi dəstəkləyir.

“O vaxt Orionun kəməri piramidalarla mükəmməl uyğunluq təşkil edirdi, Sfenks isə Leo bürcünə baxırdı,” – deyə Henkok əlavə edib.

Ən güclü sübut: Mererin papirusları

Dr. Hawass isə bu iddialara cavab olaraq, 2013-cü ildə Vadi El-Carf bölgəsində tapılan məşhur Mererin papiruslarını əsas sübut kimi göstərib. Burada, Xufunun tapşırığı ilə çalışan Mererin daş karxanasından Tura daşlarını çıxarıb, Nil vasitəsilə tikinti sahəsinə daşıdığı ətraflı şəkildə təsvir olunur.

“Epipaleolitik dövrdə insanlar bu cür nəhəng tikililər inşa edə bilməzdilər,” – deyə arxeoloq əlavə edib.

Məzarsız piramidalar və suallar

Henkok həmçinin, Keops Piramidində və digər yüzlərlə piramidada heç bir firon məzarının tapılmadığını iddia edib. Onun sözlərinə görə, bu boşluqlar sadəcə məzar soyğunçuluğu ilə izah edilə bilməz. “Keops Piramidi ilk dəfə ərəb xəlifəsi Ma’mun tərəfindən açıldıqda tamamilə boş idi,” – deyə əlavə edib.

Elm və şübhələr arasında mübahisə

Qraham Henkokun nəzəriyyələri arxeologiya dairəsində həm maraq, həm də tənqid doğurur. Onu dəstəkləyənlər tarix yazımının dogmalardan uzaq olmalı olduğunu iddia edirlər. Amma mütəxəssislər xəbərdarlıq edir ki, elmi sübutlara əsaslanmayan bu cür nəzəriyyələr cəmiyyəti çaşdıra bilər.

Tarixin sirləri, xüsusilə Giza Piramidaları kimi simvolik abidələr ətrafında uzun müddət müzakirə mövzusu olaraq qalacaq kimi görünür.

Məqalədə: #Misir #Qədim Misir #Qədim Misirdə kişi geyimləri #Misir piramidaları #Qədim sivilizasiya #Böyük Sfenks #Arxeoloji dəlillər #Tarix yenidən yazılır #Piramidaların yaşı #Tarix mübahisəsi

Mövzu üzrə digər xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.