12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Məhəmməd Əli haqqında bilməyimiz 10 fakt - O həm də, şair idi

Məhəmməd Əli yalnız boks dünyasının deyil, həm də XX əsrin ən tanınmış simalarından biri olub. Onun adı güc, cəsarət və iradə ilə yanaşı, həm də sosial ədalət uğrunda mübarizə ilə assosiasiya olunur. Rinqdə “kəpənək kimi uçub, arı kimi sancan” Əli, həyatında göstərdiyi mövqelərlə milyonlarla insana ilham verib. Çoxlarının tanımadığı məqam isə onun idmandan kənar hekayələrinin də ən az döyüşləri qədər maraqlı və təsirli olmasıdır. Aşağıda təqdim olunan 10 fakt Məhəmməd Əlinin şəxsiyyətinə və irsinə daha dərindən nəzər salmağa imkan yaradır

12 Sentyabr 2025 16:43
Məhəmməd Əli haqqında bilməyimiz 10 fakt - O həm də, şair idi

BAKI,AzerVoice

Məhəmməd Əli yalnız boks dünyasının deyil, həm də XX əsrin ən tanınmış simalarından biri olub. Onun adı güc, cəsarət və iradə ilə yanaşı, həm də sosial ədalət uğrunda mübarizə ilə assosiasiya olunur. Rinqdə “kəpənək kimi uçub, arı kimi sancan” Əli, həyatında göstərdiyi mövqelərlə milyonlarla insana ilham verib. Çoxlarının tanımadığı məqam isə onun idmandan kənar hekayələrinin də ən az döyüşləri qədər maraqlı və təsirli olmasıdır. Aşağıda təqdim olunan 10 fakt Məhəmməd Əlinin şəxsiyyətinə və irsinə daha dərindən nəzər salmağa imkan yaradır.

Velosiped onun karyerasını başladı

1954-cü ilin oktyabrında 12 yaşlı Kassius Kleyin sevimli qırmızı-ağ rəngli “Schwinn” velosipedi oğurlananda o, bunu polisə bildirdi və oğrunu döymək istədiyini dedi. Polis məmuru və boks məşqçisi Co Martin ona əvvəlcə döyüşməyi öyrənməyi tövsiyə etdi. Altı həftə sonra Kley ilk döyüşünü qalib başa vurdu.

Adı abolisyonçu bir ağdərili siyasətçidən götürülüb

Əlinin əsl adı Kassius Marsellus Kley idi. Bu ad XIX əsrdə kölələri azad edən və abolisyonçu hərəkatın simalarından olan Kassius Kleyin şərəfinə qoyulmuşdu. O, anti-köləlik qəzetinə rəhbərlik etmiş, Meksika-Amerika müharibəsində iştirak etmiş və Linkolnun dövründə Rusiyaya səfir göndərilmişdi.

“Kassius X” adı ilə tanındı

Listonu məğlub edib titul qazandıqdan sonra, İslam Milləti təşkilatına qoşulan Əli “Kassius” soyadını “kölə adı” adlandırdı və “Kassius X” adını götürdü. Bir neçə ay sonra təşkilat lideri İlyas Məhəmməd ona “Məhəmməd Əli” adını verdi.

3 il boksdan uzaqlaşdırıldı

1967-ci ildə Vyetnam müharibəsi zamanı dini səbəblərlə orduya çağırışı rədd edən Əli, məhkum edilərək titulundan məhrum edildi. 5 il həbs və 10 min dollar cərimə ilə üzləşsə də, qərar sonradan Ali Məhkəmə tərəfindən ləğv olundu və o, 1970-ci ildə rinqə qayıtdı.

Broadway səhnəsində rol aldı

Əlinin məcburi “idman sürgünü” dövründə o, 1969-cu ildə Nyu-Yorkda “Buck White” adlı müzikldə baş rolda səhnəyə çıxdı. Tamaşa yalnız 7 nümayişdən sonra bağlansa da, Əli teatr tənqidçilərindən müsbət rəylər aldı.

Poeziya albomu yazdı

Əli həm də “boks şairi” kimi tanınırdı. Onun ritmik şeirləri 1963-cü ildə “I Am the Greatest” adlı musiqi müşayiəti ilə çıxan nitq albomunda toplanmışdı. Alboma onun ifa etdiyi mahnılar da daxil idi.

İrland kökləri vardı

Əlinin ulu babası Eyb Qredi 1860-cı illərdə ABŞ-a köçmüş irland idi. O, Kentukkidə bir azad edilmiş qaradərili qadınla evləndi. Əlinin anası Odessanın kökləri buradan gəlirdi. 2009-cu ildə Əli İrlandiyaya səyahət edərək Ennis şəhərində qohumları ilə görüşdü.

Ən məşhur döyüşlərindən biri səhər saat 4-də keçirildi

1974-cü ildə Zairdə keçirilən “Rumble in the Jungle” döyüşündə ABŞ tamaşaçıları üçün canlı yayım imkanı yaradılması məqsədilə görüş səhər tezdən başladı. Əli gənc və güclü Corc Formanı 8-ci raundda nokauta salaraq titulu geri aldı.

Olimpiya qızıl medalını çaya atdı (ya da itirdi)

Əli 1960-cı ildə Romada Olimpiya qızıl medalını qazandıqdan sonra, Luizvilldə qarşılaşdığı irqi ayrı-seçkiliyə etiraz olaraq medalı Ohayo çayına atdığını yazmışdı. Bəzi mənbələr isə onun sadəcə medalı itirdiyini deyirlər. 1996-cı il Olimpiadasında ona yeni medal təqdim edildi.

Əfsanəvi əlcəkləri qalibiyyətindən daha baha satıldı

1964-cü ildə Listonu məğlub etdiyi döyüşdə geyindiyi əlcəklər 2014-cü ildə hərracda 836 min dollara satıldı. Halbuki, həmin döyüşdə Əli cəmi 630 min dollar qonorar qazanmışdı.

Məqalədə: #Məhəmməd Əli #Məhəmməd Əli kimdir #Kassius Marsellus Kley #kəpənək kimi uçub #arı kimi sancan #Schwinn #Kassius X #Buck White #I Am the Greatest #Eyb Qredi #Rumble in the Jungle

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.