9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

Marketinq mütəxəssisləri bildirirlər ki, məhsulu tanıtmağın ən qeyri-adi üsullarından biri onun xüsusiyyətlərini göstərmək deyil, məhz yoxluğunu nümayiş etdirməkdir. Psixologiyada “çatışmazlıq effekti” (scarcity effect) kimi tanınan bu yanaşma istehlakçılarda maraq və emosional reaksiya yaradaraq brendin yadda qalmasına kömək edir.

18 İyul 2026 07:26
Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

BAKI,VOA Orxan Qədirzadə

Marketinq mütəxəssisləri bildirirlər ki, məhsulu tanıtmağın ən qeyri-adi üsullarından biri onun xüsusiyyətlərini göstərmək deyil, məhz yoxluğunu nümayiş etdirməkdir. Psixologiyada “çatışmazlıq effekti” (scarcity effect) kimi tanınan bu yanaşma istehlakçılarda maraq və emosional reaksiya yaradaraq brendin yadda qalmasına kömək edir.

Bu strategiyanın ən məşhur nümunələrindən biri 1990-cı illərdə ABŞ-da süd istehlakının azalması fonunda həyata keçirilən reklam kampaniyası olub. Kaliforniya Süd İstehsalçıları Birliyi süd satışlarını artırmaq məqsədilə milyonlarla dollar büdcəyə malik kampaniya başladıb. Reklamlarda insanların südə ən çox ehtiyac duyduğu anda evdə südün tükənməsi göstərilərək məhsulun əhəmiyyəti emosional formada vurğulanıb. Marketinq analitikləri hesab edirlər ki, bu yanaşma istehlakçıların itki hissinə daha həssas reaksiya verməsi prinsipinə əsaslanır.

Son illərdə bu strategiya fərqli formalarda yenidən tətbiq edilir. Belə nümunələrdən biri Pizza Hut tərəfindən həyata keçirilib. Şirkət supermarketlərdə dondurulmuş pizza qutuları yerləşdirsə də, qutuların içi boş olub. Alıcılar qutunu açdıqda isə “Qutu boşdur, çünki biz dondurulmuş pizza satmırıq” məzmunlu qeydlə qarşılaşıblar. Bu üsulla brend öz məhsullarının yalnız təzə hazırlanaraq təqdim edildiyi mesajını çatdırmağa çalışıb.

Bənzər marketinq yanaşmasını Fellaz markası da tətbiq edib. Şirkət mağazalarında və rəsmi internet səhifəsində bütün məhsulların tükəndiyini elan edib. İstehlakçılar bunun səbəbini araşdırarkən, brend məhsulların “sincablar tərəfindən yeyildiyi” barədə yumoristik açıqlama yayıb. Bu kampaniya vasitəsilə məhsulların təbii tərkibi və canlılar üçün cəlbedici olması simvolik formada vurğulanıb.

Mütəxəssislərin fikrincə, hər üç kampaniya məhsulun yoxluğundan istifadə etsə də, onların əsas mesajları fərqlənir. Süd reklamı məhsula olan ehtiyac hissini ön plana çıxarır, Pizza Hut məhsullarının təzəliyini vurğulayır, Fellaz isə diqqəti təbii və keyfiyyətli tərkibə yönəldir.

Analitiklər qeyd edirlər ki, bu cür strategiyaların uğuru yalnız məhsulun bazarda real dəyərə malik olduğu hallarda mümkün olur. Onların qənaətinə görə, istehlakçılar üçün əhəmiyyət daşımayan məhsulun yoxluğu diqqət çəkmir. Buna görə də çatışmazlıq üzərində qurulan marketinq kampaniyalarının effektivliyi ilk növbədə brendin bazardakı nüfuzu və istehlakçı üçün yaratdığı dəyərlə müəyyən olunur.

Məqalədə: #istehlakçı davranışı #marketinq strategiyası #brend etibarı #çatışmazlıq effekti #scarcity effect #istifadəçi psixologiyası #reklam kampaniyaları #süd reklamı #Pizza Hut marketinqi #yoxluğun vurğulanması #təcrübəli reklam nümunələri

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.