6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran Hörmüz boğazını yenidən bağladığını elan etdi

Hörmüz boğazına doğru irəliləyən bəzi quru yük gəmiləri və tankerlərin geri döndüyü müşahidə olunur. İran Milli Təhlükəsizlik Yüksək Şurası boğazdakı vəziyyət və ABŞ ilə aparılan danışıqlar prosesinə dair bəyanat yayaraq bildirib ki, Birləşmiş Ştatların dəniz blokadası tətbiq edərək gəmilərin keçidinə mane olması "atəşkəs pozuntusu" hesab ediləcək. Tehran həmçinin vurğulayıb ki, ABŞ-ın bu addımlarına cavab olaraq İran boğazın "şərtli və məhdud" şəkildə açılmasını əngəlləyəcək.

18 Aprel 2026 21:01
İran Hörmüz boğazını yenidən bağladığını elan etdi

BAKI,VOA, Nailə Babazadə

Hörmüz boğazına doğru irəliləyən bəzi quru yük gəmiləri və tankerlərin geri döndüyü müşahidə olunur.

VOA xəbər verir ki, İran Milli Təhlükəsizlik Yüksək Şurası boğazdakı vəziyyət və ABŞ ilə aparılan danışıqlar prosesinə dair bəyanat yayaraq bildirib ki, Birləşmiş Ştatların dəniz blokadası tətbiq edərək gəmilərin keçidinə mane olması "atəşkəs pozuntusu" hesab ediləcək. Tehran həmçinin vurğulayıb ki, ABŞ-ın bu addımlarına cavab olaraq İran boğazın "şərtli və məhdud" şəkildə açılmasını əngəlləyəcək.

Beynəlxalq mediada yer alan məlumatlara görə, İran radiostansiyalar vasitəsilə gəmilərə xəbərdarlıq göndərib. Bildirişdə qeyd olunub ki, ABŞ-ın danışıqlarda öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən İran Hörmüz boğazını yenidən "bağlı" elan edir. Bu qərara əsasən, heç bir növə və ya ölkəyə məxsus gəminin boğazdan keçidinə icazə verilməyəcək.

Gəmilərin real vaxt rejimində izlənilməsini təmin edən "MarineTraffic" şirkətinin məlumatları da bu gərginliyi təsdiqləyir. Boğazdakı qeyri-müəyyənlik səbəbindən strateji yüklər daşıyan bir neçə gəmi hərəkət istiqamətini dəyişib. Xüsusilə Qətərin Doha limanından yola düşən və maye təbii qaz (LNG) daşıyan "Al Ghashamiya", "Lebrethah" və "Fuwairit" tankerlərinin geri döndüyü qeydə alınıb.

Bundan əlavə, təyinat məntəqəsi Çin olan Honq-Konq bayraqlı "Sun Profit" quru yük gəmisi və Fransanın "CMA CGM" şirkətinə məxsus 3 konteyner gəmisinin də rotalarını dəyişən gəmilər arasında olduğu bildirilir. Regionda yaranmış bu vəziyyət qlobal enerji və tədarük zənciri üçün ciddi narahatlıq yaradıb.

Məqalədə: #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #İran-ABŞ qarşıdurması #ABŞ və İran münasibətləri #ABŞ–İran münasibətləri

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

20:56
İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

4 Sentyabr 10:01
İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir
İran

İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

3 Sentyabr 18:12
Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb
Küveyt

Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

3 Sentyabr 09:09

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.