11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Tehrandan sərt mesaj - Hörmüz boğazı İran üçün qırmızı xəttdir

İranlı professor Mustafa Xoşçeşm İranın Hörmüz boğazına nəzarətdən imtina etməyəcəyini bildirib. O hesab edir ki, hazırkı danışıqlar Tehran üçün faydalı deyil. Professorun fikrincə, müharibə dövründə boğazın bağlanması neft qiymətlərinin yüksəlməsinə səbəb olub və bu, İranın əsas təzyiq vasitəsinə çevrilib. O, ABŞ-nin boğazı hərbi yolla açmaq cəhdlərinin nəticəsiz qaldığını iddia edib. Xoşçeşm İranın quru sərhədlərindən istifadəni genişləndirdiyini də qeyd edib. Onun sözlərinə görə, Hörmüz boğazı tarixən İranın nəzarətində olub. Professor bu vəziyyətin dəyişdirilməsinin İran cəmiyyəti tərəfindən qəbul edilməyəcəyini vurğulayıb. O əlavə edib ki, ABŞ geri çəkilməsə, İranın danışıqlarda iştirakı mümkün deyil.

11 İyul 2026 18:44
Tehrandan sərt mesaj - Hörmüz boğazı İran üçün qırmızı xəttdir

BAKI,VOA,Yusif Şərifzadə

Tehranda yerləşən Tətbiqi Elmlər və Texnologiya Universitetinin professoru Mustafa Xoşçeşm bildirib ki, İranın hazırkı şəraitdə danışıqlarda iştirak etməsi ölkəyə heç bir fayda vermir və əksinə, ciddi itkilərlə nəticələnə bilər. Onun sözlərinə görə, İran üçün ən vacib məsələlərdən biri Hörmüz boğazına nəzarətin qorunub saxlanılmasıdır.

VOA xəbər verir ki, professor müharibə dövründə Hörmüz boğazının bağlanmasının dünya bazarında neft qiymətlərinin kəskin artmasına səbəb olduğunu və bunun İranın əlində ən təsirli təzyiq vasitəsinə çevrildiyini bildirib. O, ABŞ Prezidenti Donald Trampın hərbi üsullarla boğazı yenidən açmağa cəhd göstərdiyini, lakin buna nail ola bilmədiyini iddia edib.

Mustafa Xoşçeşm qeyd edib ki, İran quru sərhədlərindən daha fəal istifadə etməklə yaranmış çətinliklərin təsirini azaltmağa çalışır. O bildirib ki, ölkə müxtəlif alternativ marşrutları işə salaraq iqtisadi itkiləri minimuma endirmək üçün tədbirlər görür.

Professorun sözlərinə görə, Hörmüz boğazı əsrlərdir İranın nəzarətindədir və müharibədən sonra bu vəziyyətin dəyişdirilməsi qəbuledilməzdir. O əlavə edib ki, ABŞ bu məsələdə geri addım atmayacağı təqdirdə İranın danışıqlarda iştirak etməsi mümkün görünmür.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Tehran #Yaxın Şərq #Hörmüz boğazı #neft qiymətləri

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
İranın gizli nüvə obyekti yenidən diqqət mərkəzinə düşüb
İran

İranın gizli nüvə obyekti yenidən diqqət mərkəzinə düşüb

10 Sentyabr 19:15
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran

İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb

10 Sentyabr 18:50

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.