8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

Kunq Fu: Çin döyüş sənəti və İslam miras

Kunq Fu (功夫, Pinyin: gōngfu) – Çində yaranmış qədim döyüş sənətidir. “Kunq” sözü “nailiyyət” və ya “əməl”, “Fu” isə “insan” mənasını verir. Beləliklə, “Kunq Fu” ifadəsi “insan nailiyyəti” kimi tərcümə olunur.

21 Sentyabr 2025 18:26
Kunq Fu: Çin döyüş sənəti və İslam miras

BAKI,AzerVoice

Kunq Fu (功夫, Pinyin: gōngfu) – Çində yaranmış qədim döyüş sənətidir. “Kunq” sözü “nailiyyət” və ya “əməl”, “Fu” isə “insan” mənasını verir. Beləliklə, “Kunq Fu” ifadəsi “insan nailiyyəti” kimi tərcümə olunur.

Əslində Kunq Fu, üç əsrdən artıq tarixi olan Uşunun məşq sistemi hesab edilir. Onun 400-dən çox texnikası var. Ən məşhurları Pələng, Meymun, Kobra, Qartal, Durna və Sərxoş adam fəndləridir. Bu gün Kunq Fu deyiləndə isə çoxlarının ağlına onu dünyaya tanıdan məşhur aktyorlar – Brüs Li, Ceki Çan və Cet Li gəlir.

İslam və Kunq Funun unudulan bağları

Çox vaxt Kunq Fu yalnız Çin mədəniyyətinin bir hissəsi kimi təqdim olunur. Halbuki onun tarixi Çin müsəlmanlarının həyat tərzi ilə də sıx bağlıdır. İslam Çində qədimdən mövcuddur və Çin cəmiyyəti ilə qarşılıqlı təsirdə inkişaf edib. Tarixi mənbələrə görə, İslam Peyğəmbərinin vəfatından cəmi 19 il sonra Çin ilə müsəlman dünyası arasında əlaqələr qurulmuşdu.

Ərəb tacirləri ilə çinlilər arasındakı erkən ticarət münasibətləri İslamın Uzaq Şərqdə yayılmasında mühüm rol oynadı və müsəlman–çinli kimliyini möhkəmləndirdi.

Hazırda Çində müsəlmanlar azlıq təşkil etsələr də, ölkənin müxtəlif bölgələrində yaşayırlar. Ən böyük icma Huilərdir, lakin Sincan Uyğur Muxtar Bölgəsi müsəlmanların üstünlük təşkil etdiyi əsas məkandır. Bundan başqa, Ningxia, Gansu və Qinghai əyalətlərində də əhəmiyyətli müsəlman əhali mövcuddur. Ümumilikdə, Çin əhalisinin 1,5–5%-i İslam dininə mənsubdur. Rəsmi olaraq tanınan 56 etnik qrupdan 10-u müsəlmandır: Hui, Uyğur, Qazax, Donşyan, Qırğız, Özbək, Salar, Tacik, Bonan və Tatar.

Müsəlman ustaların izi

Kunq Fu həm də Çin İslam mədəniyyətinin ayrılmaz bir hissəsidir. Tarix boyu bu döyüş sənəti İslamla qovuşaraq yeni çalarlar qazanıb. Çinli müsəlman ustalar Kunq Funun inkişafında mühüm rol oynayıblar. Onlar yalnız ənənəvi texnikaları öyrənməklə kifayətlənməyib, öz döyüş üslublarını da formalaşdırıblar. Bəzən bu üslublar İslam (ərəb) adları ilə tanınıb və texniki baxımdan Kunq Fudan heç də geri qalmayıb.

Məsələn, Pigua Quan döyüş sənətinin yaranması çinli müsəlmanlarla əlaqələndirilir. Bundan başqa, onlar Silat və Uşu kimi döyüş növlərində də ustalaşmışdılar.

Tarixi simalar: Vanq Zi-Pinq və Çan Tunq-Şenq

Çin döyüş sənətində önəmli iz buraxmış müsəlman ustalar arasında iki ad xüsusilə seçilir:

Vanq Zi-Pinq (1881–1973) – Çin döyüş sənəti və ənənəvi təbabətin tanınmış simalarından biri. 1928-ci ildə Şaolin Kunq Fu bölməsinə rəhbərlik edib, həmçinin Çin Uşu Assosiasiyasının sədr müavini olub. Döyüş sənəti ilə yanaşı, Quran öyrətməsi ilə də məşhur idi. Onun həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar üçün ilham mənbəyi olması Çində İslamın tanınmasına da töhfə verib.

Çan Tunq-Şenq (1908–1986) – həm ustalığı, həm də dindarlığı ilə seçilən döyüş sənətçisi idi. Rəqiblərini sürətli hərəkətlərlə tələyə salmaq bacarığına görə ona “Uçan Kəpənək” ləqəbi verilmişdi.

Kunq Fu yalnız Çin mədəniyyətinin deyil, həm də oradakı İslam irsinin bir parçasıdır. Çinli müsəlman ustaların fəaliyyəti bu döyüş sənətinə özünəməxsus ruh qatmış və onu həm dini, həm də mədəni baxımdan zənginləşdirmişdir.

Məqalədə: #Maraqlı faktlar #Sincan-Uyğur Muxtar Bölgəsi #Brüs Li #功夫 #Kunq Fu #Ceki Çan #İslam və Kunq Fu #İslam Peyğəmbəri #Huilər #Ningxia #Gansu #Qinghai #Uyğur #Pigua Quan #Vanq Zi-Pinq #Çan Tunq-Şenq

Mövzu üzrə digər xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
Tarixdə bu gün

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?

00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 8 Sentyabr

00:01
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Tarixdə bu gün

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı

7 Sentyabr 06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Tarixdə bu gün

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları

7 Sentyabr 00:15

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.