7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Aİ və Fransa Qarabağda yeni müharibə istəyir

25 Yanvar 2024 10:29
Aİ və Fransa Qarabağda yeni müharibə istəyir

Bakı. AzerVoice:

Azərbaycanın Qarabağda qazandığı zəfəri həzm edə bilməyən Aİ və Fransa bölgədə yeni müharibəyə yol açmağa çalışır.

Bu sözləri AzerVoice-ə özəl açıqlamasında YUNESKO-nun Mədəniyyət Diplomatiyası və İdarəetmə Kafedrasının rəhbəri Selin Şenocak deyib.

"Son aylarda həm Fransa, həm də Aİ Parlamenti və Şurasının Azərbaycana qarşı göstərdiyi münasibət və diplomatik təhdidlər Azərbaycanın Qarabağda qələbəsi qarşısında həzmsizliyin göstəricisidir. Azərbaycan və Ermənistanın regionda daimi sülh üçün konkret addımlar atmasının qarşısını almaq üçün hər cür təxribatlara əl atan Aİ, xüsusilə də Fransa bölgədə heç vaxt sülh istəmədiklərini açıq şəkildə bildirdilər. Biz indi daha yaxşı başa düşürük ki, 1992-ci ildən bu yana 30 ildən artıqdır ki, ATƏT tərəfindən şüurlu şəkildə həll olunmayan münaqişələr, əslində, ATƏT-ə üzv Avropa ölkələrinin Qarabağda Ermənistanın işğalı və qırğınlarına passiv və biganə qalmasının səbəbidir. Çünki Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi onlarına maraqlarına uyğun deyil",- deyə o bildirib.

Selin Şenocak vurğulayıb ki, bu vəziyyət nəinki laqeydlikdir, hətta daha dəhşətlisi odur ki, Fransa Ermənistana açıq-aşkar yüksək texnologiyalı silahlar göndərməklə ciddi təxribatçı siyasət yürüdür və Aİ-nin digər üzv dövlətlərini də prosesə cəlb etməyə çalışır.
İnsan haqlarının, demokratiyanın, sülhün, qardaşlığın yalançı təbliğatını aparan Aİ dəyər sisteminin əslində qırğın, müharibə, münaqişə və ədalətsizlik olduğunu görürük. Aİ hələ də müstəmləkəçilik zehniyyətindən qurtula bilməyib.

"Avropa öz tarixi boyu dünyada həmişə müharibəni dəstəkləyib, sülhü yox. Bütün dünya gördü ki, Ukrayna ilə Rusiya arasında müharibə Aİ və ABŞ, eləcə də Ukraynadakı sülh danışıqlarını pozan və qarşısını almağa çalışan Avropa dövlətləri tərəfindən törədilib. Belə ki, onlar həm həmin ölkələrə silah satırlar, həm də münaqişələr yolu ilə regionda nüfuzlarını və mövcudluqlarını qorumağa çalışırlar. Oktyabrın 7-dən bu yana Qəzzada 11 mindən çox uşaq, eləcə də, Fələstin xalqı aclıq və qırğınlarla açıq şəkildə qətlə yetirilərkən, Avropa ölkələrinin susması insan haqları baxımından böyük bir faciəni göstərir. Elə həmin müstəmləkəçi, irqçi zehniyyətdir ki, Skyse-Picot razılaşması ilə Yaxın Şərqi bir əsr boyu sonsuz müharibəyə, qan gölünə çevirdi",- deyə Selin Şenocak əlavə edib.

Selin Şenocak onu da qeyd edib ki, Covid-dən bəri nəhəng iqtisadi böhranla mübarizə aparan Avropa, Ukrayna müharibəsindən daha da sarsılır və alternativ çıxış nöqtələri axtarır. Azərbaycan, özünə qarşı sanksiya təhdidlərinə və diplomatik şantajlara boyun əyməməli və xüsusilə iqtisadi sahədə “diplomatik qarşılıqlılıq” prinsipini nəzərə almalıdır ki, bu da Aİ ölkələrinin münasibətini dəyişə bilər.

"Bundan başqa, beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan qara təbliğat fonunda ciddi yeni lobbiçilik cəhdlərinə üstünlük verilməlidir. Azərbaycanın Qarabağda illərdir yaşadığı incikliklər, haqsızlıqlar, Qarabağda qələbəsinin əhəmiyyəti “yeni xalq diplomatiyası strategiyası” çərçivəsində müzakirə edilməlidir. Azərbaycan regionda hər cəhətdən çox güclü ölkədir və təhdidlər qarşısında bu qüdrətini iqtisadi və diplomatik yollarla göstərmək, yeni ittifaqlar yaratmaq hər cür sanksiyalara rəğmən gücünü daha da artıracaqdır",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Aİ və Fransa Qarabağda yeni müharibə istəyir Aİ və Fransa Qarabağda yeni müharibə istəyir Aİ və Fransa Qarabağda yeni müharibə istəyir
Məqalədə: #Selin Şenocak

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

17:00
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

13:46
Yəmən husilərdən təmizlənir - qubernator
Yəmən

Yəmən husilərdən təmizlənir - qubernator

13:20
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.