Bakı. AzerVoice:
İsrailin Qəzzada bir evə hücumu nəticəsində azı 20 mülki şəxs həlak olub.
AzerVoice-nin məlumatına görə, bu barədə Fələstinin rəsmi agentliyi WAFA bildirib.
İsrail ordusunun Qəzzanın Sabra rayonunda bir evə təşkil etdiyi hava hücumunda əksəriyyəti uşaq və qadın olan ən azı 20 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb.
İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissələrindəki Nusayrat Qaçqınlar Düşərgəsinə hava zərbəsi endirib, İsrail artilleriya birlikləri isə şəhərin cənubundakı Xan Yunusdakı Casir mənzilinin ətrafını hədəf alıb.
Hafiz Rufizoğlu