Bakı. AzerVoice:
Ankara-İstanbul Super Sürətli Qatar Xəttinin ilkin layihə işini tamamladıq.
AzerVoice-nin məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Uraloğlu Sakaryada İsveçrə Dövlət Dəmir Yolları üçün istehsal edilən Yeni Nəsil Ağıllı Dəmiryolu Baxım Vasitələrinin Təslim Mərasimində iştirak edib.
"2002-ci ildə 10 min 948 kilometr olan dəmir yolu şəbəkəmizi 14 min 165 kilometrə çatdırdıq. Ankara-İstanbul Super Yüksək Sürətli Qatar Xətti layihəsini gündəmə gətirdik və ilkin layihə işlərini tamamladıq. Super sürətli qatar xəttimizin marşrut uzunluğu 344 kilometr olacaq" – deyə nazir qeyd edib.
Uraloğlu son 22 ildə Türkiyənin hər yerində çoxlu investisiya və layihələrin həyata keçirildiyini vurğulayıb.
“Dəmir yolu xətlərimizin limanlara, hava limanlarına və logistika mərkəzlərinə qoşulmasını təmin etməklə biz dəmir yollarımıza kombinə edilmiş daşımalara uyğun yeni yanaşma ilə yanaşdıq.” - deyə o qeyd edib.
Uraloğlu bildirib ki, layihələrlə təkcə şərq-qərb xəttində deyil, şimal-cənub sahilləri arasında da iqtisadiyyata qatqı təmin edən dəmir yolu nəqliyyatını etməyi planlaşdırırlar.
"Biz bütün dəmir yollarımızı əsaslı təmir etdik və yenilədik. Tarixi İpək Yolunu canlandırmaq məqsədi daşıyan "Bir kəmər, bir yol” təşəbbüsünün ən mühüm həlqəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini çəkdik.” - deyə Abdulkadir Uraloğlu vurğulayıb
Hafiz Rufizoğlu