11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl)

13 Fevral 2024 22:55
Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl)

Bakı. AzerVoice:

Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir.

Bu barədə AzerVoice-ə, Türkiyəyə yardıma gedən Azərbaycan Könüllüsü Həsən Əliyev deyib.

“Xəbər saytlarında dağıntılar altından çıxarılan körpələrin, uşaqların, qocaların nəşini görmək olduqca dəhşətli idi. 10 fevralda biz Azərbaycan Könüllüləri olaraq, qardaş Türkiyədə baş vermiş zəlzəzlə bölgəsinə yola düşdük. İstər çadırların qurulmasında , istər yeməklərin , geyimlərin və digər ləvazimatların paylanmasında, istərsə də zəlzələ bölgəsinə gələn yardımların çeşidlənməsində fəal iştirak etdik. Bütün bunların üzərindən artıq 1 ildə keçsə bütün orada baş verən hadisələr, gözümün önündə canlanır.” - deyə o bildirib.

Həsən Əliyev qeyd edib ki, çətin bir zamanda qardaş ölkəyə dəstək olmaq bizim borcumuzdur.

“Zəlzələ bölgələrində - Kahramanmaraşda, Hatayda, Adıyaman da eyni zamanda Malatya şəhərində də yerli sakinlərə bütün yardım fəaliyyətlər üzrə xidmət edirdik. Həmin qeyd etdiyim şəhərlərdə, çadırların qurulmasında , ərzaqların, isti geyimlərin və digər ləvazimatların paylanılmasında yaxından iştirak etdik. Eyni zamanda əhaliyə bizim könüllülər tərəfindən tibbi və pisixoloji yardımlarda göstərildi. Bununla yanaşı zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırır və digər dəstək verici xidmətləri göstərirdik. Könüllü olaraq həmçinin ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirdik.” - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

"Bir yumruq, bir ürək, bir can" şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan Könüllüləri həm müddət, həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl) Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl) Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl) Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl) Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl) Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl) Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl) Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl)
Məqalədə: #Türkiyə #Azərbaycan #Azərbaycan Könüllüsü

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.