8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyədə qadınlar daha xoşbəxtdir (ÖZƏL)

18 Fevral 2024 16:17
Türkiyədə qadınlar daha xoşbəxtdir (ÖZƏL)

Bakı. AzerVoice:

Türkiyədə 18 və daha yuxarı yaşda xoşbəxt olduğunu bəyan edən əhalinin nisbəti 2022-ci ildə 49,7% olduğu halda, 2023-cü ildə 52,7%-ə çatıb.

Bu barədə AzerVoice-a Türkiyə Rəsmi Statistika Komitəsindən (TÜİK) bildirilib.

Məlumata əsasən, xoşbəxt olmadıqlarını bəyan edən şəxslərin nisbəti 2022-ci ildə 15,9% olduğu halda, 2023-cü ildə azalaraq 13,7%-ə düşüb.

Məlumatda o da qeyd edilib ki, xoşbəxt olduğunu bildirən kişilərin nisbəti 2022-ci ildə 46,5% olub ki, bu göstərici 2023-cü ildə 50,3%-ə yüksəlib. Qadınlar üçün bu nisbət 2022-ci ildə 52,7%, 2023-cü ildə isə 55,1% təşkil edib.

Bundan əlavə, evli şəxslərin subaylara nisbətən daha xoşbəxt olduğu müşahidə edilib.

“2023-cü ildə xoşbəxt olduğunu bildirən evli fərdlərin nisbəti 56,4% ikən, evli olmayanlar üçün bu nisbət 45,8% olub. Evli insanların xoşbəxtlik səviyyəsi cinsinə görə araşdırıldığında, evli kişilərin 53,2%-nin, evli qadınların 59,5%-nin xoşbəxt olduğu müşahidə edilib”, – deyə hesabatda vurğulanıb.

Türkiyədə əhalinin xoşbəxtlik səviyyəsi yaş qruplarına görə araşdırıldığında isə 18-24 yaş qrupunda xoşbəxtlik nisbəti 2022-ci ildə 47,9% olduğu halda, 2023-cü ildə artaraq 54,0%-ə çatıb.

“55 və daha yuxarı yaşda olan fərdlərdə xoşbəxtlik nisbətinin azaldığı müşahidə edilib. 55-64 yaş qrupunda xoşbəxtlik nisbəti əvvəlki ilə nisbətən  azalaraq 49,7% olaraq qiymətləndirilib. 65 və yuxarı yaşda olan şəxslər üçün bu, 2022-ci ildə 57,7% olduğu halda, 2023-cü ildə 56,0%-ə enib”, – deyə statistikada qeyd edilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Türkiyədə qadınlar daha xoşbəxtdir (ÖZƏL)
Məqalədə: #TÜİK #Türkiyə əhalisi

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı husilərin hücumlarına qarşı özünü müdafiə edəcəyini bildirib
Səudiyyə Ərəbistanı husilərin hücumlarına qarşı özünü müdafiə edəcəyini bildirib
15:37
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
15:26
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.