5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzzada insanlar heyvan yemlərinin tükənəcəyindən qorxurlar

25 Fevral 2024 20:22
Qəzzada insanlar heyvan yemlərinin tükənəcəyindən qorxurlar

Bakı,AzerVoice

İsrailin Qəzza zolağında müharibəsi 142-ci gününə girərkən humanitar böhran sürətlə və təhlükəli şəkildə dərinləşir.AzerVoice xəbər verir ki, Ümumdünya Ərzaq Proqramı (WFP) uşaqların 90 faizinin qida çatışmazlığından əziyyət çəkdiyi xəbərdarlığından sonra Qəzza əhalisinin dörddə birindən çoxunun qida ehtiyatının tükəndiyini vurğulayıb.

Qəzza zolağının müxtəlif bölgələrində vəziyyət daha faciəli olsa da, Qəzzanın mühasirəyə alınmış şimalında əhalinin qida çatışmazlığı, təmiz su və tibbi xidmət çatışmazlığı səbəbindən əziyyəti ikiqat artır.

Burada heç bir yardım ala bilməyən 800 minə yaxın vətəndaş aclıq təhlükəsi ilə üzləşdiyi halda, onların bir çoxu sağ qalmaq üçün un əldə etmək üçün heyvan yemi üyütməyə əl atırlar. Lakin heyvan yemi də azalmağa başlayıb.

Qəzzada davam edən zorakılıq humanitar böhrana səbəb olub – UNICEF

Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağındakı sözçüsü Raed ən-Nims, uşaqlar, qocalar və xroniki xəstəlikləri olanlar arasında ölümlərin olduğunu bildirdi.

“İsrail ordusu qida, sağlamlıq və hətta yardım ləvazimatlarının Qəzzaya və onun şimalına çatmasına mane olur. Su, qida və müalicə ilə bağlı problemlər var və bu səbəbdən həyata keçirilən aclıq siyasəti nəticəsində xüsusilə uşaqlar və immuniteti zəif olanlar arasında ölüm riski artır”-deyə ən_nims bildirib.

Qəzzadakı dağıntılarla fəxr edirəm – İsrailli nazir
https://azervoice.com/q%c9%99zzadaki-dagntilarla-f%c9%99xr-edir%c9%99m-israilli-nazir/

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sözçüsü Kazım Əbu Halaf Qəzza zolağında vəziyyətin bütün səviyyələrdə "pisdən çox pisə" getdiyinə diqqət çəkib.

“Xəstəxanalar lazım olduğu kimi işləmir və UNRWA-nın 22 tibb və sağlamlıq mərkəzindən yalnız 6 və ya 7-si fəaliyyət göstərir. Qəzzada və onun şimalında vəziyyət faciəvidir və oradan hazırda heç bir məlumat yoxdur. Bu ərazilərə giriş böyük problemə çevrilib və bütün məlumatlar göstərir ki, bu ərazilərdə aclıq yaranmağa başlayıb. Gələn yardım kifayət etmir və yanvar-fevral ayları arasında şimala 61 yardım cəhdi olub və biz cəmi 12 dəfə kifayət qədər yardım apara bilmişik”-deyə Əbu Halaf  bildirib.

Ümumdünya Ərzaq Proqramı təhlükəsiz mühit təmin edilənə qədər Qəzzanın şimalına ərzaq yardımı daşımalarını dayandırdığını açıqlayıb.

BMT Qəzzaya ərzaq yardımının paylanmasını dayandırıb

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Qəzzada insanlar heyvan yemlərinin tükənəcəyindən qorxurlar
Məqalədə: #Qəzza #İsrail

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.