5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma-ArabAZ
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəkləyir

Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir.

20 Dekabr 2024 00:11
Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəkləyir

Bakı. AzerVoice

Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.

“Suriyada Əsəd rejiminin süqutundan sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.

Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir.

Ümidvarıq ki, bütün məsələlər Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacaqdır.
Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək.

Bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdiririk”, – o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan ilə telefon danışığı zamanı “Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır”-deyib.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Suriya yeni hökuməti nümayəndəsi Suriyanın Azərbaycanla münasibətlərinə olduqca önəm verir və Əsəd zamanı Azərbaycana qarşı edilən haqsızlıqlar suriyalıların Azərbaycan xalqına qarşı mövqeyini əks etdirmədiyini bildirib.

“Bizim üçün Azərbaycanla münasibətlər önəmlidir və bu bu əlaqələrin möhkəmlənməsində maraqlıyıq”-deyə mənbə qeyd edib.

O əlavə edib ki, Dəməşq Bakı ilə əlaqələrini bütün istiqamətdə inkişaf etdirmək istəyir.

“Təəssüflər olsun ki, sabiq Suriya höküməti , yerli xalqın maraqlarına zidd olaraq, Azərbaycanla əlaqələrə önəm verməyib. Bunun əksinə olaraq, Əsəd hakimiyyəti Azərbaycan xalqına qarşı vuruşan terrorçu qurumların təlim bazasına çevrilib. Diktator Əsəd rejiminin bu addımı heç vaxt sadə suriyaylıların mövqeyini əks etdirməyib. Eyni zamanda Əsəd rejimi İslam Əməkdaşlığı Təşkilatına üzv olmasına baxmayaraq, Azərbaycanın haqq işində, rəsmi Bakıya dəstək olmayıb”-deyə mənbə qeyd edib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olması haqqında bəyanatı olduqca sevindirici haldır.

“Azərbaycan Prezidenti İlham Əliyevin bu bəyanatı bizi sevindirməyə bilməz. Biz bu adımı yüksək qiymətləndiririk və heç şübhəsiz ki, daxili stabillik tam əldə edildikdən sonra, Azərbaycanın bir çox təcrübəsindən faydalanmaq niyyətindəyik”-deyə mənbə bildirir.

Məqalədə: #Azərbaycan #Suriya

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52

Son Xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.