8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ərdoğan Xocalı Soyqrımı ilə əlaqəli paylaşım edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.

26 Fevral 2025 13:49
Ərdoğan Xocalı Soyqrımı ilə əlaqəli paylaşım edib

Bakı,AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.

AzerVoice xəbər verir ki, bu barədə o X sosial media hesabında paylaşım edib.

“Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş və bacılarımızı ehtiramla yad edirəm” ,- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 1992-ci ilin 25-dən 26-na keçən gecə, Azərbaycan tarixində silinməz bir faciə yaşandı. Qarabağın Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldı. Bu hücum nəticəsində dinc əhali – qadınlar, uşaqlar, yaşlılar amansızcasına qətlə yetirildi. Xocalı Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayət kimi tarixə düşdü.

Xocalının strateji mövqeyi erməni silahlı qüvvələrinin şəhərə olan hücumunu daha da amansız etdi. Soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Minlərlə insan yaralandı, yüzlərlə ailə evsiz qaldı, 1275 nəfər girov götürüldü və çoxları itkin düşdü.

Bu qanlı gecənin izləri illər keçməsinə baxmayaraq Azərbaycan xalqının yaddaşında hələ də təzədir. Xocalı faciəsi təkcə Azərbaycan üçün deyil, insanlıq üçün böyük bir dərsdir. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı, günahkarlar ədalət qarşısında cavab verməlidir.

Hər il 26 fevralda Azərbaycan xalqı Xocalı şəhidlərini dərin ehtiramla yad edir. Bu, həm bir matəm günü, həm də ədalət axtarışının təcəssümüdür. Xocalının harayı dünyaya səslənir: "Unutma, unutdurma!"

Acısını hiçbir zaman unutmayacağımız, hüznünü hep içimizde taşıyacağımız Hocalı Katliamı’nın 33’üncü yıl dönümünde, katledilen Azerbaycanlı kardeşlerimizi rahmetle yâd ediyorum.

İyi ve kötü günde yekvücut olduğumuz kardeş Azerbaycan halkına taziyelerimi iletiyorum. pic.twitter.com/vpWyfRseLq

— Recep Tayyip Erdoğan (@RTErdogan) February 26, 2025
Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Azərbaycan #Xocalı

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.