12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Yunan lobbisindən Trampa Türkiyə ilə bağlı üç tələb

26 Mart 2025 14:00
Yunan lobbisindən Trampa Türkiyə ilə bağlı üç tələb

BAKI, AzerVoice

Amerika Yunan İnstitutu Trampa məktub göndərərək Türkiyə ilə bağlı üç tələb irəli sürdü.

AzerVoice xəbər verir ki , Amerika Yunan İnstitutu ABŞ prezidenti Donald Trampa ünvanladığı məktubda Türkiyənin F-35 proqramına qayıtmasına qarşı çıxmağı, S-400 sistemindən imtina etməyə təşviq etməyi və CAATSA sanksiyalarının ləğvinə qarşı mövqeyini qorumağı tələb edib.

Məktub, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-a səfəri fonunda göndərilib.

Yunan mətbu orqanı Katimerini isə Fidanın amerikalı həmkarı Marko Rubio ilə görüşünü "Ankaranın F-35 prosesi" başlığı ilə işıqlandıraraq, Türkiyənin F-35-lə bağlı vəziyyətinin qeyri-müəyyən qaldığını qeyd edib. Xəbərdə Trampın müşavirlərinin qırıcı təyyarələrin Türkiyəyə satışının asan olmayacağını bildirdiyi və yekun qərarın prezidentə aid olduğu vurğulanıb.

Məktubda, həmçinin İsrailin də bu məsələdə təsir gücünə malik olduğu və Suriyadakı vəziyyətin Türkiyənin F-35 proqramına daxil olmasını İsrail üçün təhlükəli hala gətirə biləcəyi bildirilib. Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra yayılan məlumatda isə ABŞ hökumətinin S-400 məsələsinin həlli üçün müxtəlif variantları nəzərdən keçirdiyi qeyd olunub. Bunlar arasında sistemin qismən sökülməsi və ya ABŞ hərbi bazalarına köçürülməsi variantları da yer alıb.

Qeyd edək ki, Amerika Yunan İnstitutu 1974-cü ildə Kipr əməliyyatına cavab olaraq yaradılıb və həmin il ABŞ Konqresinin Türkiyəyə qarşı silah embarqosu tətbiq etməsinə təsir göstərib.

Məqalədə: #Türkiyə #İsrail #ABŞ #Hakan Fidan #Yunanıstan #Türkiyə-ABŞ münasibətləri #ABŞ-Yunanıstan münasibətləri #Türkiyə Yunanıstan münasibətləri #F-35 proqramı

Mövzu üzrə digər xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.