7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Silahı yerə qoyan namərddir – İraq Hizbullahı

Bu məqalə, Reuters-in silahsızlanma iddialarına qarşı "Hizbullah briqadaları"nın sərt təkzibini, təşkilat daxilindəki mümkün fikir ayrılıqlarını və bu məsələnin regional-siyasi nəticələrini təhlil edir.

9 Aprel 2025 12:00
Silahı yerə qoyan namərddir – İraq Hizbullahı

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İraqda İranın dəstəyi ilə 10 silahlı şiə qruqlaşmasının silahları yerə qoyacağı xəbərindən sonra, İraq
Hizbullah briqadalarının (Kətaib Hizbullah) silahsızlanma niyyətini qəti şəkildə təkzib edən sərt açıqlama yayıldı.

Daha öncə yayılan xəbərdə isə, İran tərəfindən dəstəklənən və “güclü” sayılan silahlı qrupların, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə gərginliyin artmasının qarşısını almaq məqsədilə ilk dəfə olaraq "silahsızlanma" addımı atmağa hazırlaşdığı bildirilmişdi.

Silahlı şiə qurpları liderlərinin “Tramp bizimlə müharibəni daha pis səviyyəyə çatdırmağa hazırdır, biz bunu bilirik və belə bir ssenaridən qaçmaq istəyirik.”-dediyi iddia edilirdi.

Rəsmi təkzibə baxmayaraq, belə bir bəyanatın verilməsi, briqadalar daxilində ABŞ-ın təzyiqlərinə necə reaksiya vermək barədə fikir ayrılıqlarının olduğunu göstərir. Bu, bəzi üzvlərin gərginliyin artmasından narahat olduqlarını və genişmiqyaslı qarşıdurmadan qaçmaq istədiklərini də əks etdirə bilər.

Təkzib həm də Hizbullah briqadalarının İrandakı müttəfiqləri və İraqdakı tərəfdarları qarşısında etibarını qorumaq məqsədi daşıyır. Bu çevrələr "silahsızlanma" ideyasını bir növ geri çəkilmə və ya zəiflik əlaməti kimi dəyərləndirə bilərdi. Odur ki, təşkilat özünü hələ də qırılmaz müqavimət qüvvəsi kimi göstərməyə çalışır.

Briqadaların sərt reaksiyası, silahın təşkilatın kimliyində və gücündə nə qədər mərkəzi rol oynadığını təsdiqləyir. Silahdan imtina etmək, onların İraqın siyasi və təhlükəsizlik səhnəsindəki nüfuzlarını zəiflətmək demək olardı və görünür ki, mövcud rəhbərlik bu fikrə açıq şəkildə qarşı çıxır.

Hizbullah briqadalarının bu təkzibi, İraq daxilindəki ictimai rəyə bir mesaj olaraq da şərh edilə bilər – yəni təşkilat hazırkı kursundan sapmayacaq və ABŞ-la yumşalma çağırışlarına uymayacaq. Eyni zamanda bu, beynəlxalq media orqanlarına da xəbərdarlıq mesajıdır: təşkilat haqqında xəbər hazırlayarkən yalnız rəsmi mənbələrə əsaslanmaq lazımdır.

Bütün bunlara baxmayaraq, "Hizbullah briqadaları" daxilində həqiqətdə nə baş verdiyi hələ də sual altındadır. Rəhbərlik silahsızlanma fikrini inkar etsə də, Reuters-ə danışdığı iddia edilən liderin açıqlamaları bu həssas məsələ ətrafında daxili müzakirələr və ya hətta bölünmənin olduğunu göstərə bilər.

Məqalədə: #Hizbullah #Təhlil #İraq siyasəti #Şiə hakimiyyəti #Şiə islamçılar #Silahlı şiə qrupları #İran inqilabı və şiə siyasəti #İraqın siyasi sabitliyi #Şiə Koordinasiya Çərçivəsi #İraq hökuməti və radikal qruplar #Şiə teologiyası #İraqda sosial ədalət #İranın şiə ayparası #İranın İraqdakı hərbi təsiri #Şiə Müqavimət Cəbhəsi #İraqda seçkiləri kim qazanacaq? #İraqda dərin dövlət nə deməkdir? #Hizbullah Briqadaları İraq #İraqda şiə fraksiyaları

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.