Bakı,AzerVoice
ABŞ-ın yüksək rütbəli rəsmisi Çin və Rusiyanı nüvə silahlarnın istifadəsi ilə bağlı qərarları süni intellektin deyil, yalnız insanların qəbul edə biləcəyi anlayışına əməl etməyə çağırıb.
AzerVoice xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Vaşinqton sünii intelektin deyil, insanların nüvə silahları üzərində tam nəzarətə malik olduğunu bir daha vurğulayır və bu öhdəliyi öz üzərinə götürür.
Dövlət Departamentinin silahlara nəzarət rəsmisi Pol Din bildirib ki, , "Çin və Rusiya Federasiyasının oxşar bəyanat verməsini gözləyirik.
"Biz hesab edirik ki, bu, son dərəcə vacib məsuliyyətli addım olacaq” deyə o bildirib. Qeyd edək ki, ABŞ, rəsmisinin bu bəyanatıa Çin və Rusiya rəsmiləri hələlik şərh verməyiblər.
Məıumat üçün bildirək ki, nüvə silahı potensialını artıran Çin fevral ayında ən böyük nüvə dövlətlərini silahlarını nüvə ölkələrinə qarşı istifadənin qadağan edilməsi haqqında razılaşmanı müzakirə etməyə çağırıb.
Keçən il Rusiay prezidenti Vladimir Putin elan etdi ki, Rusiya ABŞ ilə əsas nüvə silahı müqaviləsi olan START-da iştirakını dayandırır və bu, Ukrayna müharibəsində nüvə silahının istifadəsinə dair sərt xəbərdarlıq kimi görünür.
Yeni START müqaviləsi ABŞ və Rusiya arasında dünyanın iki ən böyük nüvə dövlətinə bir-birinin arsenallarını azaltmağa və məhdudlaşdırmağa imkan verən əlamətdar sazişdir.
Sonuncu dəfə 2021-ci ildə 2026-cı ilə qədər uzadılan müqaviləyə əsasən, iki ölkə bir-birinin nüvə silahı obyektlərini yoxlamaq hüququna malik idi.