7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar

21 İyun 2024 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar

Bakı. VOA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar.

VOA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verdi.

Bildirilib ki, 45 hektardan artıq ərazini əhatə edən bağda 247 növ ağac və 162 növ kol bitkisi qorunur. Yenidənqurma zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni binanın ümumi sahəsi 3700 kvadratmetrdir. Binanın birinci mərtəbəsi laboratoriya sektorlarından ibarətdir. Burada bitki ehtiyatları və etnobotanika, həmçinin toxum bankı, bitki introduksiyası şöbələri yerləşir. Binanın ikinci mərtəbəsində 80 nəfərlik akt zalı, üç laboratoriya, müdafiə şurası, Botanika İnstitutunun elmi şurasının katibliyi, mühasibatlıq yerləşir. Üçüncü mərtəbədə isə geobotanika, ictimaiyyətlə əlaqələr, eksperimental botanika və beynəlxalq əlaqələr şöbələri fəaliyyət göstərəcək. Ali bitkilər sistematikası və herbari fondu dördüncü mərtəbədə yerləşir. Botanika İnstitutunun Herbari Fondu 1936-cı ildə institut yarandığı vaxtdan fəaliyyət göstərir. Burada Azərbaycanla yanaşı, digər ölkələrin altı yüz minə yaxın flora növü qorunur.

Eyni zamanda, Mərkəzi Nəbatat Bağının 1937-ci ildə tikilmiş və tamamilə yararsız hala düşmüş 900 kvadratmetrlik aypara şəkilli inzibati binası da əsaslı təmir edilib.

Mərkəzi Nəbatat Bağı ərazisində tikintisi davam etdirilən müasir tipli oranjereyaya da baxış keçirildi. Bildirildi ki, oranjereyanın eni 19, uzunluğu 47, hündürlüyü isə 15 metrdir. Daxilində yerdən 3 metr hündür körpü və hər iki qapını birləşdirən piyada yolu var. Oranjereya müasir tipli isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunacaq. Üzərindəki şüşə sisteminin 40 ədədi avtomatik açılaraq mövsümə uyğun havalandırmanı təmin edəcək.

Qeyd edək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasəti məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmağa başlayıb. Hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bitki biomüxtəlifliyinin qorunması və səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəzi Nəbatat Bağında yenidənqurma işləri məhz Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirilib.

Hazırda Mərkəzi Nəbatat Bağında "Bitki ekologiyası", "Dekorativ bitkilərin introduksiyası və seleksiyası", "Qida və dərman bitkilərinin biokimyası", "Oduncaqlı bitkilər", "Tropik və subtropik bitkilər" laboratoriyaları ilə yanaşı, "Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması", "Bioloji kolleksiyalar", "Bağçılıq və landşaft quruculuğu", "Təchizat və xidmət" və digər şöbələr fəaliyyət göstərir.

Botanika İnstitutunda elmin informasiya təminat sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edən 4 yerli və 2 beynəlxalq məlumat bazası fəaliyyət göstərir.

Botanika İnstitutu bu il COP15-də təsis olunmuş "Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı"na (BCAA-Biodiversity Conservation Alliance for Arid Land) üzv seçilib.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar
Məqalədə: #Prezident İlham Əliyev #Mehriban Əliyeva

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
13:10
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.