9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi “Qarabağ” mahnısı ilə bağlı birgə məlumat yayıb

12 İyul 2024 21:56
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi “Qarabağ” mahnısı ilə bağlı birgə məlumat yayıb

Bakı, AzerVoice

Son günlər mediada sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Qor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib. Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayıb.

AzerVoice-nin məlumatına görə, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi əlavə olaraq aşağıdakıları bildirir:

Qor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - https://rays.az/ tərəfindən “Youtube”a göndərilməsində texniki yardım göstərilib.

Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib (URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI).

Hazırda “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır.

Nəticə barədə əlavə məlumat veriləcəkdir.

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi “Qarabağ” mahnısı ilə bağlı birgə məlumat yayıb
Məqalədə: #Azərbaycan #Ermənistan

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.