6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyədə sahibsiz it problemi böyüməkdə davam edir

23 İyul 2024 11:54
Türkiyədə sahibsiz it problemi böyüməkdə davam edir

Bakı, AzerVoice

Türkiyədə 2022-ci ildən indiyədək dörd min 269 it hücumu qeydə alınıb, hücumlar zamanı 10 nəfər həyatını itirib, 2389 nəfər isə yaralanıb.

AzerVoice bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinə əsasən məlumat verir.

Nazirlikdən verilən məlumatda, son illərdə sahibsiz itlərin hücumu və heyvanların törətdiyi yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.

İllərə görə Türkiyədə sahibsiz it hücumu aşağıdakı kimidir:

Ölkədə 2022-ci ildə 1644 sahibsiz it hücumu baş verib. Hücumlar zamanı beş nəfər həyatını itirib, 932 nəfər yaralanıb, 2660 nəfər isə hadisədən zərər çəkib.

Hücum sayı 2023-cü ildə 1813-ə çatıb. Ümumilikdə dörd nəfər həyatını itirib, 990 nəfər xəsarət alıb, iki min 904 nəfər isə hadisə zamanı zərər çəkib.

2024-cü ilin ilk yeddi ayında isə bu rəqəm 812 olub. Nəticədə, bir nəfər ölüb, 467 nəfər yaralanıb, hadisə zamanı zərər çəkənlərin ümumi sayı isə 966 nəfər olub.

Bildirilib ki, 2022-ci ildən indiyə kimi olan müddətdə heyvanların vurulması nəticəsində 2666 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 37 nəfər həyatını itirib. Ümumilikdə, 2022-ci ildə 1078, 2023-cü ildə 1091, 2024-cü ilin ilk yeddi ayında isə 497 ədəd heyvanların səbəb olduğu yol nəqliyyat hadisəsi baş verib.

Bu qəzalar nəticəsində 2022-ci ildə 14 nəfər ölüb, 1579 nəfər xəsarət alıb. 2023-cü ildə 15 ölüm, 1598 xəsarət hadisə qeydə alınıb. 2024-cü ilin ilk yeddi ayında isə bu say səkkiz ölüm halı, 726 yaralı kimi bildirilib.

Qeyd edək ki, ölkədə hazırda sahibsiz heyvan problemi ilə bağlı Heyvanların Mühafizəsi Qanununa dəyişiklik edilməsi təklifi müzakirə edilir. Təklifə görə, sahibsiz heyvanlarla bağlı səlahiyyət artıq bələdiyyələrə veriləcək, bir sıra tələblər qoyulacaq və əməl edilmədiyi təqdirdə cəza sistemi tətbiq ediləcək..

Belə ki, tələblərə əməl etməyən şəxsləri iki ilədək həbs cəzası gözləyir. Ev heyvanlarını tərk edən və sahibsiz heyvanların sayını artıran şəxslərə isə müxtəlif cərimələr tətbiq olunacaq. Sahibləndiyi iti küçəyə buraxan şəxslər hər heyvana görə 60 min, itləri şəhərdən kənara buraxan bələdiyyə və dərnəklər isə hər heyvan üçün 50 min lirə cərimə ödəyəcəklər.

Həmçinin, sahibsiz itlərin sterilizasiya prosesi, peyvəndləri və baxımı sahibİ tapılana qədər sığınacaqlarda həyata keçiriləcək.

Onu da əlavə edək ki, bir müddət öncə bu məsələ ilə bağlı sahibsiz it problemi qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilmişdi. Ölkənin Maliyyə Cinayətlərinin Araşdırılması İdarəsi (MASAK) hazırladığı hesabatda sahibsiz küçə itləri problemini böyüdən qida lobbisinin əsl üzünü ortaya çıxarıb, bütün ölkəyə səs salmışdı.

Belə ki, hesabatda heyvanlara yardım adı altında fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarının (QHT) heyvan qida istehsalçıları ilə əlbir olduğu, ianə adı altında milyonlarla lirənin əslində şirkətin kassasına getdiyi faktı ortaya çıxmışdı.

Türkiyədə sahibsiz it problemi böyüməkdə davam edir
Məqalədə: #Türkiyə #sahibsiz it problemi #MASAK

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.