12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Parisdə sufizmə həsr olunmuş ilk muzey açılır

12 Avqust 2024 17:06
Parisdə sufizmə həsr olunmuş ilk muzey açılır

Bakı, AzerVoice

Sufizm incəsənəti və mədəniyyətinə həsr olunmuş ilk muzey Musee d'Art et de Culture Soufis MTO (MACS MTO), sentyabrın 28-də Fransanın paytaxtı Parisin Chatou bölgəsində öz qapılarını ziyarətçilərin üzünə açacaq.

AzerVoice xəbər verir ki, muzeydə sufi incəsənəti və mədəniyyət obyektlərinin kolleksiyasından savayı, həmçinin müasir incəsənət sərgiləri, söhbətlər, tədbirlər və emalatxana proqramları da təqdim olunacaq. Bu kolleksiya , tarix boyu sufizmin dünya incəsənətinə və mədəniyyətə verdiyi töhfələri özündə nümayiş etdirəcək.

Sərgi Mövlanə Cəlaləddin-i Rumi və Hafiz-ı Şirazidən ilham alan musiqi ənənələrindən tutmuş, Feridüddin Əttarın yazılarından uyğunlaşdırılan tamaşalara və rəsmlərə qədər geniş çərçivəni əhatə edəcək. Kolleksiyanın böyük hissəsi 19-cu əsrdən günümüzə aid olsa da, ən qədim əsərlər Əhəmənilər Pers İmperiyasına (e.ə. 550-330) aiddir.

Üç mərtəbədən ibarət olan muzeyde heykəltəraşlıq, musiqi, tekstil, xəttatlıq, əlyazmalar, keramika və güzgü mozaikaları kimi bir çox əşya kolleksiyası və əsərlər özlüyündə sufizmdə mühüm olan simvolik mənaları əks etdirir.

Bunların arasında MTO Shahmaghsoudi İslam Sufi Məktəbinin 41-ci Ustadı Hazrat Shah Maghsoud Sadegh Angha tərəfindən sufi numeralogiyası ilə hazırlanan heykəl xüsusi yer tutur.

Muzeyin açılış sərgisi olan "Le Ciel interieur"da ("Daxili Səma") yeddi beynəlxalq müasir rəssamın sufi dəyərləri və mənəvi düşüncə ilə əlaqəli əsərləri incəsənət və mədəniyyət kolleksiyasının önəmli bir hissəsi kimi sərgilənəcək.

Alexandra Baudelot, Musee d'Art et de Culture Soufis MTO-nun direktoru , “Muzey dinindən və inancından asılı olmayaraq tamaşaçılar və sənətçilər arasında dialoq üçün ortaq məkan yaradır. Kolleksiyamızın genişləndirilməsi ilə biz sufizmi geniş şəkildə anlayaraq , məşğul olmaq üçün imkanlar yaratmağa ümid edirik” deyə bildirib.

Qeyd edək ki, muzey Parisdə Chatou ətrafında, Sena çayının sahilində, tarixi Ile des Impressionnistes-ə baxan 19-cu əsrə aid malikanədə yerləşir. Binanın yenidən dizaynına tanınmış fransız səhnə dizaynerləri Atelier Maciej Fiszer və memar Ducatillion Gimel nəzarət ediblər. Binanın fasadlarında və divarlarında olan bəzəklər, mozaik döşəmələr və neoklassik başlıq kimi xüsusiyyətləri qoruyub saxlayaraq, ekoloji təmiz bir incəsənət məkanına çeviriblər.

Parisdə sufizmə həsr olunmuş ilk muzey açılır Parisdə sufizmə həsr olunmuş ilk muzey açılır Parisdə sufizmə həsr olunmuş ilk muzey açılır Parisdə sufizmə həsr olunmuş ilk muzey açılır
Məqalədə: #Paris #Sufizm incəsənəti

Mövzu üzrə digər xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23

Son Xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.