7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb

13 Avqust 2024 22:32
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb

Bakı, AzerVoice

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2024-cü il tarixindən “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb.

AzerVoice xəbər verir ki, layihənin məqsədi əlilliyi olan uşaqların analarını tibb kurslarına cəlb etməklə tibbi savadlılığını artırmaq, əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Layihə müddətində valideynlərə, tibb mütəxəssisi tərəfindən 30 təlim keçiləcək.  Təlimlərdə İnsan anatomiyası, Endokrin vəzilər, Aseptika antiseptika, Yataq xorası olan xəstələrə qulluq və yataq xoralarının profilaktikası, Bədən temperaturu və onun ölçülməsi. Qızdırma, Nəbzin müayinəsi. Arterial təzyiqin ölçülməsi, Buz qovuqları, Qanburaxma, Qanın tərkibi, Qan qrupları, Qanaxma, mədə və ağciyər qanaxmaları, burun qanaxması zamanı  İlk yardım, Yanıqlar  İlk  yardım, Epileptik tutma və tutma (bayılma) zamanı ilk yardımın təşkili, Koma və onun növləri. Hiperqlikemik və hipoqlikemik koma zamanı ilk yardım, Günvurma, İstivurma, İlan sancması zamanı ilk yardım, Zəhərlənmə, növləri. Bu zaman göstərilən ilk yardım, Tənəffüs yollarında yad cisim qalarkən göstərilən ilk yardım, Ürək- ağciyər reanimasiyası, İnyeksiyalar (dəridaxili, dərialtı, əzələdaxili inyeksiyalar) Dərmanalrın yeridilmə yolları, Vena daxili inyeksiyalar. Vena daxilinə məhlulların damcı üsulu ilə yeridilməsi, Vazofiksin qoyulma qaydası, İnyeksiya ağırlaşmaları, Anafilaktik şok, Tənəffüs sistemi üzvlərinin xəstəliklərində təsadüf edilən əsas əlamətlər, Kəskin pnevmoniya, Həzm traktı üzvlərinin xəstəliklərində təsadüf edilən əsas əlamətlər, Qastritlər, Xora xəstəliyi, Şəkərli diabet, Ürək-damar sistemi üzvlərinin xəstəliklərindəki əsas əlamətləri, Hipertoniya xəstəliyi, Hipertonik kriz, İlk yardım, Miokard infarktı, Tibbi etika, Tibbi deontologiya tədris ediləcək.

Layihənin ilk təlimi 13.08.2024-cü ildə keçirilib. İlk olaraq birliyin rəhbəri Təranə Musayeva  iştirakçıları salamlayaraq, onlara layihə haqqında məlumat vermiş, layihənin icrasına maliyyə vəsaiti ayıran Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihənin icra olunmasına şərait yaratdığı üçün “Bakı Masaj Məktəbi”nin direktoru Aynur Əhmədovaya öz təşəkkürünü bildirmişdir. Sonra iştirakçılar və təlimçi arasında tanışlıq olub və təlimlərə start verilib. Təlimçi Şəhla Hacıyeva 1-ci mövzuya uyğun olaraq İnsan bədənindəki əsas boşluqlardan, onurğa stunu və s. barədə geniş məlumat verib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Layihə müddətində 2 qiymətləndirmə aparılacaq və sonda valideynlər imtahan verəcək. Layihənin sonunda tədbir təşkil olunaraq iştirakçılara sertifikatlar təqdim olunacaq.  

Layihə 31 oktyabr 2024-cü il tarixinədək davam edəcək.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb
Məqalədə: #“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib

6 Sentyabr 19:02
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.