7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirilib

13 Sentyabr 2024 22:44
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirilib

Bakı. AzerVoice

Sentyabrın 13-də Moskva şəhərində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanovun sədriliyi ilə Azərbaycan-Rusiya maliyyə dialoqunun 1-ci iclası keçirilib.

AzerVoice xəbər verir ki, plenar iclasın açılış nitqlərində Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və etibarlı münasibətləri sayəsində bu gün dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda daha da möhkəmləndiyi vurğulanıb.

Qeyd edilib ki, siyasi münasibətlərin yüksək səviyyədə inkişafı iqtisadi münasibətlərin də genişləndirilməsini şərtləndirir və təsadüfü deyil ki, bu gün Rusiya Azərbaycanın nəhəng ticarət tərəfdaşıdır.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdə ənənəvi olaraq qarşılıqlı etimada əsaslandığını və konstruktiv xarakter daşıdığını vurğulayan cənab Anton Siluanov bildirib ki, ikitərəfli əməkdaşlığın inkişaf potensialı və ortaq maraqlar maliyyə sahəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə imkan verir. O, bu baxımdan Azərbaycan-Rusiya maliyyə dialoqunun ilk iclasının gündəliyinin və burda qəbul ediləcək qərarların əhəmiyyəti vurğulanıb.

Maliyyə naziri Samir Şərifov isə bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı məmnunluq doğurur və qarşılıqlı fəaliyyətin əhatə dairəsi ildən-ilə genişlənir. Nazir bütün istiqamətlər üzrə, o cümlədən qarşılıqlı maliyyə-iqtisadi fəaliyyətin, təcrübə mübadilələrinin, büdcə və vergi siyasəti, dövlət maliyyəsi idarəçiliyi sahəsində əməkdaşlığın genişlənməsini və gələcək inkişafını müəyyən edəcək Azərbaycan-Rusiya maliyyə dialoqunun institusionallaşmasının və sistemli şəkildə keçirilməsinin vacibliyini bildirib.

Tərəflər iki ölkənin maliyyə qurumları arasında büdcə siyasəti və audit fəaliyyəti ilə bağlı ayrı-ayrı məsələlər üzrə əməkdaşlığın həyata keçirildiyini qeyd ediblər, makroiqtisadi vəziyyətin qiymətləndirilməsi və yeni çağırışlarla bağlı fikir mübadiləsi apararaq, risklərin minimallaşdırılması istiqamətində təcrübələrini bölüşüblər.

İclas zamanı əməkdaşlığın genişləndirilməsi məqsədilə büdcə gəlirlərinin, o cümlədən neft gəlirlərinin proqnozlaşdırılması və təhlili, vergi siyasəti, eləcə də dövlət borcunun idarə edilməsi perspektivli istiqamətlər kimi müəyyən edilib.

Dialoq çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq, maliyyə nazirləri iki ölkənin maliyyə sahəsində maraqlarına cavab verən təşəbbüslərin həyata keçirilməsi üçün əməli addımlar atmaq və ekspertlər səviyyəsində texniki məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Tərəflər həmçinin, Azərbaycan və Rusiyanın BMT və MDB kimi çoxtərəfli platformalarda, eləcə də beynəlxalq maliyyə institutları çərçivəsində birgə əməkdaşlığın vacibliyini təsdiq ediblər.

Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirilib Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirilib Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirilib
Məqalədə: #Azərbaycan #Rusiya

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.