5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Aİ-dən Fələstinə diplomatik və maliyyə dəstəyi

15 Aprel 2025 15:00
Aİ-dən Fələstinə diplomatik və maliyyə dəstəyi

BAKI, AzerVoice

Avropa İttifaqı 27 ölkə ilə iki dövlətli həllə dəstəyini rəsmi olaraq təsdiqləyib.

AzerVoice xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Lüksemburqda keçirilən Aİ-Fələstin Administrasiyası Yüksək Səviyyəli Dialoq görüşündən sonra verdiyi bəyanatda 27 üzv ölkənin İsrail-Fələstin münaqişəsində iki dövlətli həll modelini dəstəklədiyini açıqlayıb.

Kallas mətbuat konfransında bildirib ki, Qəzzadakı ağır insan itkisi və dağıntılar səbəbilə Aİ Fələstin xalqı ilə həmrəy olduğunu ifadə edir və İsrailin humanitar yardımların qarşısını almasını pisləyir. O, həmçinin Şərqi Qüds və ətrafında məskunlaşma siyasətlərinə qarşı çıxdıqlarını və bu istiqamətdə əlavə məhdudlaşdırıcı tədbirlərin müzakirə olunduğunu da vurğulayıb.

Kallasın sözlərinə görə, bu münaqişənin hərbi həlli yoxdur və yalnız danışıqlarla əldə ediləcək iki dövlətli həll yolu bölgədə qalıcı sülhə zəmin yarada bilər. O, Aİ-nin Fələstinə 1,6 milyard avro məbləğində yeni maliyyə dəstək paketi təqdim etdiyini də elan edib.

Qeyd edək ki, Fələstinin Baş naziri Məhəmməd Mustafa çıxışında İsrailin Qəzzada 50 mindən çox fələstinlini qətlə yetirdiyini və bölgədə ciddi humanitar fəlakətin yaşandığını bildirib. O, İsrailin həm Qəzzada, həm də İordan çayının qərb sahilində beynəlxalq hüququ pozduğuna görə cavab verməli olduğunu deyib.

Aİ-nin Aralıq dənizi üzrə komissarı Dubravka Suica isə maliyyə dəstəyinin detalları barədə məlumat verib. 620 milyon avroluq ilk hissə Fələstin rəhbərliyinin islahat gündəmini dəstəkləyəcək, 576 milyon avro iqtisadi sabitliyə yönələcək, 82 milyon avro isə UNRWA-ya ayrılacaq. Bundan əlavə, Avropa İnvestisiya Bankı tərəfindən 400 milyon avroya qədər kredit xətti də özəl sektorun maliyyələşdirilməsi üçün ayrılacaq.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #Avropa İttifaqı (Aİ) #UNRWA #humanitar yardım #Avropa İnvestisiya Bankı #Maliyyə dəstəyi #Fələstin-İsrail münaqişəsi #Kaja Kallas

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.