5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Yardım adı ilə məcburi köç - İsrail və ABŞ-ın Qəzzada yeni planı

13 may tarixində İsrail ordusu Xan Yunisdəki Avropa Qəzza Xəstəxanasının ətrafını 9 ağır bomba ilə vuraraq “Əl-Qəssam” briqadasının yeraltı qərargahını “hədəfə” aldığını açıqlayıb.

20 May 2025 22:00
Yardım adı ilə məcburi köç - İsrail və ABŞ-ın Qəzzada yeni planı

BAKI,AzerVoice Analitik təhlil Mərkəzi

İsrail ordusunun Qəzzaya qarşı apardığı intensiv hava hücumları və ardıcıl qətliamların ardından, ordu yeni bir mərhələyə keçdiyini elan edib: “Murəkkabat Cid`un” adlı genişmiqyaslı quru əməliyyatlarının hazırlıq mərhələsi artıq başlayıb.

Bu ad, İsrail ordusunun genişmiqyaslı quru əməliyyatına verdiyi rəsmi və ya simvolik addır. Burada " Cid`un " (جِدْعُون) — yəhudi mifologiyasında və Tövratda adı keçən qədim döyüşçü və hakimdir. " Murəkkabat " (مركبات) isə "nəqliyyat vasitələri", daha çox hərbi kontekstdə "zirehli texnika" və ya "döyüş maşınları" anlamına gəlir.

Bu hücumlar nəticəsində bəzi ailələr bütövlükdə məhv edilib və Qəzza boşaldılmaq üzrədir.

Bu hərbi eskalasiyalarla paralel olaraq, ABŞ rəhbərliyinin təşəbbüsü ilə “Qəzza Humanitar Fondu” adlı yeni mexanizm hazırlanır. Bu plana əsasən, əhali cənub bölgələrinə – o cümlədən, artıq mühasirədə olan Rəfaha – uzun məsafələr qət edərək ərzaq almağa getməli olacaq və yardım əldə etməzdən əvvəl təhlükəsizlik yoxlamasından keçməlidirlər.

“HƏMAS liderlərini zərərsizləşdirmək və humanitar təzyiq göstərmək”

13 may tarixində İsrail ordusu Xan Yunisdəki Avropa Qəzza Xəstəxanasının ətrafını 9 ağır bomba ilə vuraraq “Əl-Qəssam” briqadasının yeraltı qərargahını “hədəfə” aldığını açıqlayıb. Hücum zamanı tanınmış HƏMAS komandiri Məhəmməd əs-Sinvarın – HƏMAS -ın keçmiş siyasi rəhbəri Yəhya əs-Sinvarın qardaşı – hədəfə alındığı iddia edilsə də, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Digər tərəfdən İsrail ordusu fasiləsiz şəkildə şimal, mərkəz və cənub bölgələrinə hücumlarını gücləndirib. Qəzzanın səhiyyə nazirliyi 500-dən çox fələstinlinin öldüyünü, bunlardan təxminən 150 nəfərin hələ də dağıntılar altından çıxarıla bilmədiyini bildirib. Hücumlar təkcə yaşayış məntəqələrini deyil, həm də xəstəxanaları, yardım mərkəzlərini və məktəbləri hədəf alıb.

Yardım planı və təhlükələr

İsrailin mart ayından bəri Qəzzaya giriş-çıxışı tamamilə bağlaması nəticəsində bölgədə aclıq və xəstəlik halları kəskin artıb. Hazırda Misir tərəfində təxminən 39 min yardım maşını keçid gözləyir. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi, bu böhrana cavab olaraq, “Qəzza Humanitar Fondu” adlı planı elan edib. Plana əsasən, may ayının sonunadək ərzaq yardımı bölgəyə daxil ediləcək.

ABŞ səfirliyi tərəfindən Qüdsdə keçirilən mətbuat konfransında Hakabi bildirib ki, bu təşəbbüs prezident Donald Trampın şəxsi təşəbbüsüdür və yardımlar beynəlxalq təşkilatlarla birgə şəkildə və İsrail ordusundan asılı olmadan, xüsusi təhlükəsizlik təminatı ilə paylanacaq.

Lakin Həmas bu planı rədd edib və bəyan edib ki, Hakabinin ittihamları yalan və əsassızdır. Hərəkat, ABŞ və İsrailin bu mexanizmi aclıq vasitəsilə fələstinliləri itaətə məcbur etmək və zorakı köçə məcbur etmək üçün istifadə etdiyini bildirib.

BMT və UNRWA-nın reaksiyası

ABŞ-ın təqdim etdiyi plan 14 səhifəlik sənəddə əks olunub. Bu sənəddə göstərilir ki, ilkin mərhələdə 4 yardım paylama mərkəzi qurulacaq və bu mərkəzlər cəmi 1.2 milyon nəfərə, yəni əhalinin yarısına xidmət edəcək. Bir payın dəyəri isə cəmi 1.3 dollar olacaq.

BMT və UNRWA daxil olmaqla bir çox beynəlxalq humanitar təşkilatlar bu planı qətiyyətlə rədd ediblər. BMT-nin Humanitar Koordinasiya Ofisi (OCHA) bildirib ki, bu mexanizm “praktiki baxımdan qeyri-effektivdir, beynəlxalq humanitar prinsiplərlə uyğun gəlmir və təhlükəsizlik böhranı riski yaradır”.

UNRWA sözçüsü Adnan Əbu Həsnə isə bildirib ki, ABŞ bu cür planlarla əvvəllər də çıxış edib, lakin bu planlar istənilən nəticəni verməyib. Onun sözlərinə görə, UNRWA-nın Qəzzada 13 min əməkdaşı, yüzlərlə yardım mərkəzi və logistik imkanları var və bu böhrana neytral şəkildə cavab verə biləcək yeganə orqandır.

Məcburi yoxlama və daxili köç təhlükəsi

Planın ən çox tənqid olunan hissəsi isə yardım almaq üçün insanların təhlükəsizlik yoxlamasından keçməyə məcbur edilməsidir. Əgər bir şəxs bu yoxlamadan keçməzsə, o, yardım almaq hüququndan məhrum edilir. UNRWA və digər təşkilatlar bildirirlər ki, bu, faktiki olaraq məcburi daxili köçə və Rəfah bölgəsinin həddindən artıq yüklənməsinə səbəb olacaq.

Fələstinli siyasi analitik İsmət Mənsur isə bildirir ki, ABŞ-ın planı İsrail ordusunun quru əməliyyatlarını uzunmüddətli davam etdirməsi üçün humanitar şərait yaradır. Onun fikrincə, bu yardım planı beynəlxalq hüquq normalarını nəzərə almadan həyata keçirilir və əsas məqsəd böhranı idarə etmək deyil, böhranı uzatmaqdır.

Məqalədə: #Qəzza #Qəzza zolağı #HƏMAS #UNRWA #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #HƏMAS və Hizbullah əlaqələri #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Misirin Qəzza siyasəti #İsrail və HƏMAS müharibəsi #Qəzzada humanitar böhran #HƏMAS girovları #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #HƏMAS və İslami Cihad #İsrail və UNRWA gərginliyi #UNRWA fəaliyyət qadağası #Qəzza və Livanda AI texnologiyaları #HƏMAS-ın mövqeyi #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS rəsmisi Usamə Həmdan #7 Oktyabr HƏMAS hücumu #HƏMAS və İsrail müharibəsi #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #UNRWA rəhbəri Filip Lazzarini #Yardım adı ilə məcburi köç #Qəzza humanitar planı #İsrail ABŞ Qəzza yardımı #Qəzza Humanitar Fondu #Qəzzada ərzaq qarşılığında yoxlama #Rəfah bölgəsində daxili köç #UNRWA BMT Qəzza mövqeyi #Qəzzada humanitar böhran 2025

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.