6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Livanda narahatlıq artır - Aşura mərasimləri fonunda silahlı yürüşlər

Livanda Hizbullah təşkilatı Aşura mərasimlərini yalnız dini və tarixi anım olaraq deyil, siyasi və ideoloji mobilizasiya vasitəsi kimi də istifadə edir.

9 İyul 2025 09:49
Livanda narahatlıq artır - Aşura mərasimləri fonunda silahlı yürüşlər

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Livanda Hizbullah təşkilatı Aşura mərasimlərini yalnız dini və tarixi anım olaraq deyil, siyasi və ideoloji mobilizasiya vasitəsi kimi də istifadə edir. Müşahidəçilərin fikrincə, təşkilat bu simvolik hadisəni öz ideoloji xəttinə uyğun şəkildə silahın qorunması və legitimləşdirilməsi məqsədilə yönləndirir.

Aşura – İmam Hüseynin Kərbəla şəhidliyinin ildönümü – şiə icması üçün tarixi və dini əhəmiyyət daşısa da, Hizbullah bu günü siyasi təbliğatın alətinə çevirib. Təşkilatın rəhbərliyi, xüsusilə baş katib müavini şeyx Naim Qasım, Aşura mərasimlərində verdiyi mesajlarda İsrailə qarşı müqavimət ruhunu vurğulayıb və “şəhidliklə qələbə eynidir” mesajı ilə təşkilat üzvlərini mümkün qarşıdurmalara hazırlayıb.

Bu çıxışlar ABŞ və İsrailin artan təzyiqləri fonunda baş verir. Vaşinqton və Təl-Əviv Beyrutdan Hizbullahın Litani çayının şimalında silahlarını təhvil verməsi üçün konkret cədvəl təqdim olunmasını tələb edir. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın yaxın günlərdə Livana səfəri gözlənilir.

Bu arada Hizbullahın bəzi tərəfdarları Beyrutun şiələrin yaşadığı məhəllələrindən birində silahlı yürüş keçirərək açıq şəkildə silahdan vaz keçməyəcəklərini bəyan ediblər. Gənclər avtomat silahlarla yürüş edərək təşkilatın həm daxili, həm də xarici çağırışlara qarşı duruşunu nümayiş etdirməyə çalışıblar.

Maraqlıdır ki, Livan parlamentinin sədri və Hizbullahın müttəfiqi olan Nəbih Bərri silahsızlaşma ilə bağlı müsbət mesajlar versə də, təşkilata yaxın media orqanları bu bəyanatları dolayısı ilə təkzib edib. Bu isə ölkədə siyasi qeyri-müəyyənliyi daha da dərinləşdirib.

Müşahidəçilərin fikrincə, Hizbullahın Aşuranı bu şəkildə istifadə etməsi İranın bölgədəki strategiyası ilə uyğunluq təşkil edir. Bu mövqeyin məqsədi yalnız İsrailə deyil, həm də Livan daxilindəki siyasi rəqiblərə və beynəlxalq vasitəçilərə mesaj göndərməkdir: "Əgər ağır silahları təhvil versək də, ölkədə qüvvə və təsir sahibi biz qalacağıq."

Livan ictimaiyyəti isə yeni bir müharibə macərasının astanasında olduqları qorxusu ilə yaşamağa davam edir.

Məqalədə: #Livan #livan xin #Livan xəbərləri #İŞİD və şiə qrupları #Şiə siyasi partiyaları #Şiə Koordinasiya Çərçivəsi #Livanda hökumət dəyişikliyi #Hizbullah və Livan siyasəti #Taif Konstitusiyası və Livan #Livanda silahlı qruplar və dövlət #Livanda regional siyasət #Livan siyasəti #Livan Baş naziri #Şiə dini rəhbərləri #Livan siyasi sui-qəsdləri #Hizbullah və Livan münaqişəsi #Livan vətəndaş müharibəsi #Hizbullahın Livandakı təsiri #Hizbullahın siyasi strategiyası #İranın şiə ayparası #Şiə əhalisi #Şiə və Ələvi milisləri #Nəbih Bərrinin rolu #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Nəbih Bərrinin Hizbullah üzərində necə nüfuzu var? #Bərrinin atəşkəs danışıqlarındakı rolu nədir? #Bərrinin ABŞ tərəfindən dəstəklənməsi nə deməkdir? #Nəbih Bərri

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

5 Sentyabr 18:17
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

5 Sentyabr 11:51

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.