5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə və UNRWA-dan Qəzzaya birgə humanitar dəstək

Türkiyə Qəzzaya humanitar yardımlarını davam etdirir. Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya ümumilikdə 101 min 271 ton humanitar yardımın çatdırıldığını açıqlayıb. Yardımlar 14 təyyarə və 16 gəmi ilə, həmçinin yerli təchizatla həyata keçirilib.

7 Avqust 2025 12:53
Türkiyə və UNRWA-dan Qəzzaya birgə humanitar dəstək

BAKI, Azervoice, Nərmin Ağayeva

Türkiyə Qəzzaya humanitar yardımlarını davam etdirir.

Azervoice xəbər verir ki, Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya ümumilikdə 101 min 271 ton humanitar yardımın çatdırıldığını açıqlayıb. Yardımlar 14 təyyarə və 16 gəmi ilə, həmçinin yerli təchizatla həyata keçirilib.

Göndərilən yardım paketləri arasında qida məhsulları, içməli su, sığınacaq üçün konteyner və çadırlar, tibbi ləvazimatlar, gigiyena vasitələri və enerji üçün generatorlar yer alıb. Uşaqlar üçün ərzaq, geyim və sığınacaq materialları xüsusi diqqət mərkəzində olub.

Səhiyyə Nazirliyinin koordinasiyasında 430 xəstə və 450 refakatçi Türkiyəyə gətirilib, eləcə də 1834 nəfər sığınacaqla təmin olunub. Misir Qızıl Aypara Cəmiyyətinə və Türk Qızıl Aypara Cəmiyyətinə də milyonlarla dollar məbləğində maddi dəstək göstərilib.

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlıq çərçivəsində isə əlavə 65 min 273 ton un göndərilib.

Qəzza üçün yanacaq dəstəyi proqramı çərçivəsində isə yaxın vaxtlarda 250 ton yanacaq tədarükü həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyənin göstərdiyi bu humanitar yardımlar bölgədə ağır vəziyyətdə olan mülki əhaliyə dəstək məqsədi daşıyır və davam etdirilir.

Məqalədə: #Türkiyə #Fələstin #Qəzza zolağı #BMT #AFAD #UNRWA #humanitar yardım #humanitar böhran #Trampın Qəzza planı #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #AFAD Qəzzaya humanitar yardım

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.