5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri və onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər, həmçinin iki liderin bəyanatları İtaliya və dünya mediasının diqqət mərkəzindədir.

5 May 2026 18:39
Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb

BAKI,VOA

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri və onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər, həmçinin iki liderin bəyanatları İtaliya və dünya mediasının diqqət mərkəzindədir.

VOA xəbər verir ki, “RaiNews” telekanalının reportajında və onun internet saytındakı “İtaliya-Azərbaycan. Enerji və kommunikasiya sahələrində strateji alyans” sərlövhəli materialda qeyd olunub: Ciorcia Meloni və İlham Əliyev tərəfdaşlığın möhkəmlənməsini - təkcə qaz və neft həcmləri deyil, həm də İtaliyanı Avropanın enerji mərkəzinə, Bakını isə iki qitə arasında haba çevirməyi hədəfləyən sənaye layihəsini təsdiqləyirlər”.

Daha sonra qeyd olunur: “ İtaliyanın enerji təhlükəsizliyi Cənubi Qafqazdan keçir. Qeyri-sabitliklə xarakterizə olunan beynəlxalq kontekstdə Ciorcia Meloni ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Bakıda keçirilən görüş, karbohidrogenlərin sadə tədarükündən daha kənara çıxan bir vektorun mərkəziliyini bir daha təsdiqləyir.

“RaiNews” Ciorcia Meloninin sözlərini sitat gətirib: “İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq. Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək”.

“Agencia Nova” agentliyinin saytında dərc olunmuş geniş məqalədə qeyd olunur ki, enerji məsələsi hər iki liderin əsas müzakirə mövzusu olub. İlham Əliyev TAP layihəsinin mərkəziliyini və onun inkişafının davam etdirilməsinin vacibliyini vurğulayıb. Agentlik dövlətimizin başçısının sözlərini sitat gətirib: “Biz bu layihəni artıq genişləndirə bilmişik, amma addımlarımızı davam etdirməliyik”.

“Ciorcia Meloni isə xatırladıb ki, Rusiya Ukraynaya qarşı müharibənin başlanğıcından bəri Azərbaycandan İtaliyaya qaz və neft tədarükü milli enerji təhlükəsizliyi üçün “həlledici” olub” -deyə agentlik yazıb. Daha sonra İtaliyanın hökumət başçısının aşağıdakı fikirləri təqdim edilib: “Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir”.

Məqalədə diqqətə çatdırılır ki, ikinci mərkəzi addım iqtisadi və sənaye ölçüsü ilə bağlıdır. “Prezident Əliyev İtaliya bazarını Azərbaycan üçün çox maraqlı adlandırıb. O xatırladıb ki, İtaliyaya qoyulan Azərbaycan investisiyaları indiyə qədər üç milyard dollar təşkil edir. Meloni bu yanaşmanı bölüşərək həm İtaliyaya qoyulan mühüm Azərbaycan investisiyalarını, həm də İtaliya şirkətlərinin Bakının inkişaf planlarına olan marağını xatırladıb. O bildirib ki, strateji inkişaf planlarında, 360 dərəcə modernləşdirmədə iştirak etməkdə son dərəcə maraqlı olan bir çox İtaliya şirkəti var”, -deyə agentliyin materialında vurğulanır.

“Secoli dItalia” qəzetində dərc olunmuş məqalədə qeyd olunur ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri bu ölkənin enerji təhlükəsizliyində mühüm rola malik olan Azərbaycan ilə əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hadisədir. Nəşr yazır ki, hökumət başçısının Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü çox məhsuldar olub. Ciorcia Meloni xüsusi olaraq vurğulayıb: “Bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik. Bu, özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Beləliklə, təbii ki, apardığımız çox geniş söhbətə görə təşəkkür edirəm. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. Buradan gələcəyə aid prioritetləri birgə təyin edəcəyik. Düşünürəm ki, indi yaşadığımız mürəkkəb beynəlxalq müstəvidə bu, çox əhəmiyyətli seçimdir. Bununla belə, ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir”.

Rəsmi ANSA informasiya agentliyi, “Agenzia CULT”, “Agenzia vista”, “Domani”, “la Repubblica”, “ItalPress”, “la Gazetta del Mezzogiorno”, “Crema Oggi”, “Lecodelsud”, “ilNordEst”, “Messagerro”, “il Mattino”, “il Sole”, la Sentinella”, “GDVNews”, “La Provincia”, “Motori”, “Reggio”, “Trentino”,”Sream24” mətbuat orqanlarının dərc etdiyi materiallarda İtaliyanın hökumət başçısının Azərbaycan Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdiyi, həmçinin iki liderin mətbuata birgə bəyanatla çıxış etdiyi vurğulanır. Diqqətə çatdırılır ki, Xəzərdən enerji tədarükünün dəyəri İrandakı müharibə və Hörmüz boğazına qoyulan embarqo səbəbindən eksponensial olaraq artıb ki, bu da Avropanı Azərbaycan kimi neytral ölkələrdə sabitlik axtarmağa sövq edib. İsrail, Rusiya, İran və AB ilə münasibətləri birbaşa münaqişələrə qarışmadan qoruya bilən Bakının mövqeyi təhlükəsizlik lövbəri rolunu oynayır. “Buna görə də Ciorcia Meloninin missiyası onun özünün uzunmüddətli olaraq müəyyən etdiyi, enerji böhranlarına epizodik yanaşmanın aradan qaldırılması vizyonunun bir hissəsidir. Azərbaycan təkcə qaz deyil, həm də neft təchizatında əsas strateji tərəfdaş kimi özünü təsdiqləyib. Cənub dəhlizinin sabitliyi və yeni təchizat müqavilələri üçün bazar sınaqlarının həyata keçirilməsi İtaliyanın ənənəvi marşrutların qlobal müharibə qeyri-sabitliyi ilə təhdid edildiyi bir vaxtda bütün Avropa üçün təhlükəsiz enerji qapısı olmaq vədini yerinə yetirmək qabiliyyətini müəyyən edəcək”.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri dünyanın digər mətbuat orqanlarının da diqqət mərkəzində olub.

Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb
Məqalədə: #Azərbaycan #Prezident İlham Əliyev #İtaliya #Cənubi Qafqaz #Bakı Media Mərkəzi #Enerji təhlükəsizliyi #Ciorcia Meloni #Strateji əməkdaşlıq #MediaDiqqəti

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.