5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Suriyaya etdiyi hücumlar əsassızdır - İordaniya XİN

12 May 2025 16:53
İsrailin Suriyaya etdiyi hücumlar əsassızdır - İordaniya XİN

BAKI, AzerVoice

İordaniya xarici işlər naziri Əyman əs-Səfədi İsrail Silahlı Qüvvələrinin Suriyanın ərazisində etdiyi hücumları əsassız adlandıraraq, İsraili bütün bölgədə gərginliyi saxlamaqda ittiham edib.

AzerVoice xəbər veeir ki, bu barədə əs-Səfədi Ankarada Suriya və Türkiyə XİN-ləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumlar heç bir əsas olmadan Suriyadakı sabitliyi pozur və bölgədə gərginliyin davam etdirir” - deyə, o qeyd edib.

"Biz İsrailin Suriyanın ərazisinə etdiyi hücumları pisləyirik. İsrailin Suriya daxilindəki məsələlərə müdaxilə etməsi qəbuledilməzdir” - deyə, o əlavə edib.

Xatırladaq ki, Suriyada ötən ilin dekabrında baş vermiş hakimiyyət dəyişikliyindən sonra İsrail bu ölkənin müxtəlif bölgələrinə zərbələr endirməyə başlayıb. Həmin ay İsrail, 1967-ci ilə qədər Suriyaya məxsus olmuş və 1981-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qeyri-qanuni elan edilən Colan təpələrində əlavə hərbi qüvvələr yerləşdirib, həmçinin 1974-cü ildən bəri İsrail və Suriya arasında demilitarizasiya edilmiş tampon zonanı da nəzarətə götürüb. Daha sonra İsrail hökuməti Suriyanın cənubunda 15 kilometrlik “nəzarət zonası” və 50 kilometrlik “təsir zonası” yaratmaq niyyətində olduğunu açıqlayıb. Bu zonaların məqsədi bölgənin demilitarizasiyası kimi göstərilir.

Bu ilin aprel ayının sonunda Dəməşq ətrafındakı dürzi icmasının yaşadığı bölgələrdə silahlı qarşıdurmalar baş verib, Sahnaya yaşayış məntəqəsi hücuma məruz qalıb. Bu hadisələr fonunda İsrail aviasiyası Dəməşq ətrafına, eləcə də Latakiya, Həma və Dəraa vilayətlərindəki obyektlərə hava zərbələri endirib. Suriya Xarici İşlər Nazirliyi isə bu müdaxiləni qınayıb.

Məqalədə: #İsrail #Suriya #İordaniya #Əymən əs-Səfədi #İsrailin Suriyaya müdaxiləsi #İsrailin hücumları

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.