13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Yaxın zamanda Körfəz ölkələri üçün vahid turizm vizası istifadəyə veriləcək

Vahid Körfəz turizm vizası region daxilində turizmin inkişafına təkan verəcək mühüm regional təşəbbüs kimi qiymətləndirilir.

3 İyul 2025 09:31
Yaxın zamanda Körfəz ölkələri üçün vahid turizm vizası istifadəyə veriləcək

BAKI,AzerVoice

Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budeyvi yaxın zamanda Körfəz ölkələri arasında vahid turizm vizasının tətbiq olunacağını elan edib. AzerVoice xəbər verir ki, bu layihənin başlaması üçün Şuraya üzv ölkələrinin daxili işlər nazirliklərinin pasport idarələri birgə texniki iclaslara intensiv hazırlıq işləri aparır.

Açıqlama Riyadda yerləşən Şuranın Baş Katibliyində keçirilən 39-cu ümumi pasport rəhbərləri iclası çərçivəsində verilib. Budeyvi iclas iştirakçıları ilə görüşündə, gündəlikdə olan məsələlər və o cümlədən, turizm vizası layihəsinin son mərhələyə çatdırılması istiqamətində texniki qrupların gördüyü işlər barədə məlumat alıb.

Baş katib Körfəz ölkələri arasında pasport sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və birgə təhlükəsizlik üçün atılan addımları yüksək qiymətləndirib. O, bu təşəbbüsün regionda nəqliyyat və gediş-gəlişin asanlaşdırılması, ortaq təhlükəsizlik məqsədlərinə töhfə verməsi və Körfəz xalqlarının və liderlərinin gözləntilərinə cavab verdiyini vurğulayıb.

Budeyvi həmçinin qeyd edib ki, bütün ölkələr vahid komanda ruhu ilə sürətlə dəyişən texnoloji və təhlükəsizlik çağırışlarına uyğun şəkildə addım atmaq üçün koordinasiyalı şəkildə çalışırlar.

Vahid Körfəz turizm vizası region daxilində turizmin inkişafına təkan verəcək mühüm regional təşəbbüs kimi qiymətləndirilir.

Məqalədə: #Körfəz Əməkdaşlıq Şurası #Casim əl-Budeyvi #vahid turizm vizası #Körfəz vizası #GCC turizm vizası #Körfəz ölkələri #turist vizası islahatı #pasport idarələri #texniki iclaslar #Riyad toplantısı #ərəb ölkələrində vizasız səyahət

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.