8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriyada 50 min nəfərlik ərəb tayfa döyüşçüsü Süveyda şəhərinə doğru irəliləyir

Suriyadakı ərəb tayfaları cümə axşamı ölkənin cənubunda yerləşən Süveyda vilayətində yaşayan bədəvi tayfalarına dəstək məqsədilə ümumi səfərbərlik elan ediblər.

18 İyul 2025 09:27
Suriyada 50 min nəfərlik ərəb tayfa döyüşçüsü Süveyda şəhərinə doğru irəliləyir

BAKI,AzerVoice

Suriyadakı ərəb tayfaları cümə axşamı ölkənin cənubunda yerləşən Süveyda vilayətində yaşayan bədəvi tayfalarına dəstək məqsədilə ümumi səfərbərlik elan ediblər.

AzerVoice xəbər verir ki, bu haqda Suriya ərəb yatfaları birliyinin yaydığı bəyanatda deyilir.

“Biz Suriya tayfalarının övladları olaraq, Süveyda vilayətində bədəvi tayfalarına qarşı Hicri milislərinin həyata keçirdiyi qətliam və soyqırımları, həmçinin dinc əhalinin kütləvi şəkildə köçürülməsi və didərgin salınmasından dərin narahatlıq duyuruq. Əxlaqi və tayfa borcumuzdan irəli gələrək Suriya hökumətindən bölgəyə kənardan gələn və bədəvi tayfalarına yardım məqsədilə hərəkətə keçən döyüşçülərə mane olmamağı və müdaxilə etməməyi tələb edirik. Onlar qadınlara, uşaqlara və yaşlılara qarşı edilən zorakılığa qarşı haqlı mübarizə aparırlar.Bu döyüşçülərə qarşı atılacaq hər hansı addım cinayətkarları açıq şəkildə dəstəkləmək deməkdir və bu addımların arxasında dayananlar tarixi və əxlaqi məsuliyyət daşıyacaq. Suriya tayfaları öz övladlarının arxasında yekdil şəkildə dayanır və onlara qarşı ediləcək hər hansı təcavüz qəti və birlik içində cavablandırılacaq.”-bəyanatda deyilir.

Tayfa döyüşçüləri artıq Süveyda şəhərinə doğru hücuma keçərək bir neçə kənd və qəsəbəyə, xüsusən də Məzrəa qəsəbəsinə nəzarəti ələ alıblar. Onlar hazırda şəhərin şimalından – Dəməşq yolu istiqamətindən Süveydaya yaxınlaşırlar.

Hücumda iştirak edən döyüşçülərin sayı 50 min nəfəri keçib və bu sayın cümə günü səhər saatlarında Şərqi Suriya, Hələb və ətraf bölgələrdən gələn yeni qüvvələrlə daha da artması gözlənilir.

Hazırda döyüşlərdə 41 tayfa və qəbilə iştirak edir, bu tayfalar Suriyanın əhalisinin 70 faizindən çoxunu təşkil edir. İraq, İordaniya və Livandakı ərəb tayfaları da Suriya tayfalarının çağırışına cavab olaraq Süveydaya getmək üçün hazırlıqlara başlayıblar. Suriya tayfaları bu məsələ ilə bağlı İordaniya kralı II Abdullah və İraqın Ənbar bölgəsindəki tayfa liderlərinə müraciət ediblər.

Separatçı Şeyx Hikmət əl-Hicrinin tərəfdarlarının hücumu zamanı 100-dən çox insan öldürülüb, on minlərlə insan yaşadığı kəndləri tərk etməyə məcbur olub və yüzlərlə ev yandırılıb.

Məqalədə: #Suriya #Dəməşq #Suriya xəbərləri #Suriya daxili siyasət #Suriya və təhlükəsizlik məsələləri #Suriya ordusu və təhlükəsizlik #Suriyada hərbi əməliyyatlar 2025 #Suriyada son vəziyyət #Suriya hökuməti #Hələb #Süveyda #Şeyx Hikmət əl-Hicri

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.