5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada daha bir körpə aclıq səbəbindən həyatını itirib

Qəzza şəhərindəki Şifa xəstəxanasında Məhəmməd İbrahim Ades adlı 7 aylıq körpə şiddətli aclıq və uşaq qidası çatışmazlığı səbəbindən həyatını itirib. Qəzzada son 24 saatda ikisi uşaq olmaqla 6 fələstinli aclıqdan ölüb.

28 İyul 2025 11:44
Qəzzada daha bir körpə aclıq səbəbindən həyatını itirib

BAKI.AzerVoice

İsrail ordusunun hücumlar həyata keçirdiyi Qəzza zolağında daha bir körpə aclıqdan ölüb.

AzerVoice xəbər verir ki, bu barədə Fələstin xəbər agentliyi WAFA-nın məlumat yayıb.

Qəzza şəhərindəki Şifa xəstəxanasında Məhəmməd İbrahim Ades adlı 7 aylıq körpə şiddətli aclıq və uşaq qidası çatışmazlığı səbəbindən həyatını itirib. Qəzzada son 24 saatda ikisi uşaq olmaqla 6 fələstinli aclıqdan ölüb.

İsrailin hücumları və humanitar yardımların ölkəyə girişini məhdudlaşdıran sıx blokadası nəticəsində Qəzza zolağında aclıqdan ölənlərin sayı 88-i uşaq olmaqla azı 134-ə yüksəlib.

Qeyd edək ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Tom Fletcher Qəzzada hər üç nəfərdən birinin günlərdir yemək yemədiyini bildirərək, humanitar yardımların sürətlə çatdırılması və daimi atəşkəsin yaradılmasını istəyib.

İsrailin hücumu və humanitar yardımların daxil olmasını məhdudlaşdıran sıx mühasirə altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena materiallarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır. Qəzza zolağında aclıqdan, xüsusən də uşaqlar arasında ölüm halları artır.Yerli və beynəlxalq dairələr İsrailin “aclıq və susuzluqdan silah kimi” istifadə etdiyini bildirir.

Əsas ləvazimatlardan məhrum olan məcburi köçkün fələstinlilər müvəqqəti çadırlarda və ya gigiyena ləvazimatlarının az olduğu, lavaboların qeyri-kafi olduğu və yoluxucu xəstəliklərin tüğyan etdiyi həddən artıq izdihamlı məktəblərdə sağ qalmaq üçün mübarizə aparır.

İsrail ordusu isə gündəlik hücumlarla köçkünlərin çadırlarını və mülki sığınacaqlarını bombalayır.

2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 59 821 fələstinli ölüb, 144 851 nəfər yaralanıb.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #İsrail cinayətləri #İsrail hücumları #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İsrail və Fələstin münaqişəsi 2025 #İsrail Fələstin münaqişəsi #İsrail və Qəzza #İsrail-Fələstin münaqişəsi #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.