6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

“Hizbullahın silahı artıq İsraili qorxutmur” – Samir Caca

Livandakı siyasi və təhlükəsizlik böhranı fonunda "Livan Qüvvələri" Partiyasının sədri Samir Caca Hizbullahın silahlı varlığının Livan üçün artıq təhlükə mənbəyi olduğunu və İsraili qorxutmaq əvəzinə ölkəyə yalnız dağıntı və ziyan gətirdiyini deyib.

29 İyul 2025 09:00
“Hizbullahın silahı artıq İsraili qorxutmur” – Samir Caca

BAKI, AzerVoice

Livandakı siyasi və təhlükəsizlik böhranı fonunda "Livan Qüvvələri" Partiyasının sədri Samir Caca Hizbullahın silahlı varlığının Livan üçün artıq təhlükə mənbəyi olduğunu və İsraili qorxutmaq əvəzinə ölkəyə yalnız dağıntı və ziyan gətirdiyini deyib. Caca bildirib ki, Livan ya hökumət səviyyəsində hərbi və təhlükəsizlik təşkilatlarının ləğvi qərarını verməli, ya da qarşıdan gələn yayı böhranla qarşılamalı olacaq.

Samir Caca avqustun 1-dən etibarən ABŞ-ın Livandakı silahların yalnız dövlətin əlində cəmləşməsi ilə bağlı müəyyən etdiyi müddətin sona çatması fonunda yayda genişmiqyaslı İsrail hücumu ehtimalına toxunaraq deyib:“Əgər bu vəziyyət davam edərsə, yay ən yaxşı olduqca gərgin siyahi mühitdə keçəcək.”

Onun sözlərinə görə, 2024-cü ilin noyabrında imzalanan atəşkəs razılaşması silahların yalnız ordu və rəsmi təhlükəsizlik qurumlarının əlində olmasını tələb edir. Lakin Hizbullahın silahlı varlığı bu razılaşmanı açıq şəkildə pozur.

Caca qeyd edir ki, hazırda beynəlxalq ictimaiyyət Qəzzadakı müharibənin dayandırılması üçün İsrailə təzyiq göstərsə də, Livandakı vəziyyətə dair heç bir reaksiya yoxdur.

Caca, Hizbullahın ağır və yüngül silahlarının İsrail üçün artıq qorxu mənbəyi olmadığını deyərək, bu məsələni “boş ritorika” adlandıraraq, “Söhbət təkcə silahdan yox, silahlı təşkilatın mövcudluğundan gedir. Bu halda heç bir dövlət suverenliyindən danışmaq olmaz.”-deyib.

Onun sözlərinə görə, Livanda hakimiyyətin bir hissəsi dövlətin əlində, digər hissəsi isə qeyri-dövlət aktorlarının əlindədir. Bu isə ölkənin beynəlxalq nüfuzunu zədələyir.

Samir Caca xəbərdarlıq edir ki, əgər bu qeyri-müəyyənlik davam edərsə, Livan dost ölkələrin, xüsusilə Körfəz ölkələri və ABŞ-ın dəstəyini itirə bilər.

“Fransa yardım konfransı vəd etsə də, ABŞ-ın etirazı səbəbindən hələ də vaxt müəyyənləşməyib.”-deyən Caca vəziyyəti “siyasi mətbəxdə daş qaynatmaq” adlandıraraq, rəsmi şəxsləri konkret addımlar atmağa çağırıb.

Caca bildirib ki, hökumət daxilində müxtəlif siyasi qruplarla əlaqə saxlayaraq bütün qeyri-dövlət silahlı təşkilatların qadağan olunması üçün qərarın qəbuluna çalışırlar:

Hizbullah Livana ziyan verir

Caca vurğulayır ki, Hizbullahın hərbi strukturu artıq Livanı müdafiə etmir, əksinə ziyan verir – həm İsrail və Qərblə, həm də Suriya ilə münasibətlərdə gərginlik yaşanır. O, Suriyada Hizbullahın dəstəklədiyi silahlı qrupların üzə çıxmasının yeni Suriya hökumətinə münasibəti zədələyə biləcəyini bildirib.

Caca Livandakı bəzi qrupların Suriyadakı yeni hakimiyyətlə bağlı qorxu kampaniyaları apardığını, lakin bu narahatlıqların əsaslı olmadığını deyib.

“Əhməd əş-Şəraa prezident olandan bəri Livanla münasibətlərdə heç bir təhdid müşahidə olunmayıb.”-deyə o qeyd edib.

O əlavə edib ki, Səudiyyə Ərəbistanı, Türkiyə və ABŞ-ın hazırkı siyasəti Livanda sabitliyin tərəfdarıdır. Hizbullah və “müqavimət oxu” isə silahı saxlamaq üçün bütün vasitələrdən istifadə edir.

“Livan xalqı radikallığa meyilli deyil”

Caca qeyd edib ki, Livanlıların və xüsusilə sünni əhalinin təbiəti etibarilə orta mövqe tutduğunu və keçmişdə radikalizmə meyil göstərmədiyini xatırladıb:

“Ən ağır böhran dövrlərində belə ekstremizm baş qaldırmadı, indi də baş verməyəcək.”

O, təhlükəsizlik orqanlarının bu vəziyyəti nəzarətdə saxladığını və hər hansı təhlükənin əvvəlcədən qarşısını alacaq qabiliyyətdə olduğunu əlavə edib.

Məqalədə: #Qəzza #İsrail #Səudiyyə Ərəbistanı #ABŞ #Livan #Hizbullah #Livan-İsrail gərginliyi #Livan-İsrail sərhəd gərginliyi #Samir Caca #Samir Caca açıqlaması #Hizbullah Livan böhranı #Livan silahlı qruplar #Livan İsrail gərginliyi #ABŞ və Livan münasibətləri #Hizbullah silahsızlaşdırma #Fransa yardım konfransı #Livan siyasi qeyri-müəyyənlik #Suriya Hizbullah əlaqəsi #Livan Qüvvələri lideri Samir Cacanın Hizbullahın silahlı varlığına dair xəbərdarlığı #Hizbullahın Livanda təhlükə yaratdığı və İsraili qorxutmaq əvəzinə ölkəyə ziyan vurması barədə tənqidlər #ABŞ-ın Livandakı silahların yalnız dövlətin əlində cəmləşməsi ilə bağlı təyin etdiyi müddətin başa çatması #Livanda qeyri-dövlət aktorlarının varlığı və suverenliyə təsiri haqqında Samir Cacanın mövqeyi #Livanda Hizbullahın hərbi strukturu və Livan xalqının radikallığa meyilli olmaması fikri #Fransa yardım konfransının təxirə salınması və ABŞ-ın etirazları səbəbindən ləngiməsi #Cacanın Körfəz ölkələri və ABŞ dəstəyinin itirilməsi ilə bağlı xəbərdarlığı #Livanda hökumət daxilində qeyri-dövlət silahlı qrupların qadağan edilməsi təşəbbüsləri #Suriya və Livan münasibətlərində Hizbullahın yaratdığı diplomatik gərginlik

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

15:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

11:30

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.