5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada aclıqdan ölənlərin sayı 200-ə çatır

Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı baş direktoru Munir əl-Burş sosial şəbəkədə Qəzzada aclıqdan ölənlərin ölümü ilə bağlı məlumat paylaşıb. Son 24 saatda biri uşaq olmaqla daha 8 fələstinli aclıqdan ölüb, bununla da Qəzzada ölənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.

5 Avqust 2025 14:50
Baku
Qəzzada aclıqdan ölənlərin sayı 200-ə çatır

BAKI, AzerVoice, Zeynəb Raminqızı

Qəzzada aclıqdan ölənlərin sayı 188-ə çatıb.

AzerVoice xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı baş direktoru Munir əl-Burş sosial şəbəkədə Qəzzada aclıqdan ölənlərin ölümü ilə bağlı məlumat paylaşıb.

Burş qeyd edib ki, son 24 saatda biri uşaq olmaqla daha 8 fələstinli aclıqdan ölüb, bununla da Qəzzada ölənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.

İsrailin hücumları və humanitar yardımı məhdudlaşdıran sıx mühasirə altında Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena ləvazimatlarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.

Əsas ləvazimatlardan məhrum olan fələstinlilər müvəqqəti çadırlarda və ya gigiyena ləvazimatlarının çatışmadığı, lavaboların qeyri-kafi olduğu və yoluxucu xəstəliklərin tüğyan etdiyi həddindən artıq dolu məktəblərdə sağ qalmaq üçün mübarizə aparır.

Yerli və beynəlxalq dairələr bildirirlər ki, İsrail “aclıq və susuzluqdan silah kimi” istifadə edir.

Qeyd edək ki, Mülki infrastrukturu da məhv edərək Qəzzanın 88 faizini məhv edən İsrail ordusu, sığındıqları bölgələrdə deportasiya əmrləri ilə yerindən-yurdundan didərgin düşmüş fələstinliləri tez-tez hədəfə alır.

Təxminən 2 milyon 300 min əhalisi olan Qəzzada İsrailin hücumları və deportasiya əmrləri ilə didərgin düşənlərin sayının 2 milyona çatdığı, bir çox insanın isə dəfələrlə evlərindən didərgin düşdüyü bildirilir.

2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 60 933 fələstinli ölüb, 150 027 nəfər yaralanıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #İsrail və Qəzza münaqişəsi #İsrail vətəndaşlarının Qəzza zolağına qanunsuz girişi

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.