5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada müharibə başladıqdan bəri 1500-dən çox tibb işçisi həlak olub

Qəzza zolağında səhiyyə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2023-cü ilin oktyabr ayından bəri bölgədə davam edən müharibə nəticəsində 1 500-dən çox tibb işçisi həlak olub. Hazırda Qəzzadakı təxminən 40 xəstəxanadan yalnız 15-i fəaliyyət göstərir və onların da əksəriyyəti qismən işləyir.

18 Avqust 2025 18:02
Qəzzada müharibə başladıqdan bəri 1500-dən çox tibb işçisi həlak olub

BAKI, AzerVoice, Səməd Əyyubov

Qəzza zolağında səhiyyə sistemi tamamilə iflic vəziyyətinə düşüb.

AzerVoice xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2023-cü ilin oktyabr ayından bəri bölgədə davam edən müharibə nəticəsində 1 500-dən çox tibb işçisi həlak olub.

Hazırda Qəzzadakı təxminən 40 xəstəxanadan yalnız 15-i fəaliyyət göstərir və onların da əksəriyyəti qismən işləyir. Dərman çatışmazlığı kritik həddədir – lazımi preparatların yalnız 30 faizi tibb müəssisələrinə daxil olur. Nazirlik bildirib ki, indiyədək 1 590 tibb işçisi, o cümlədən azı 200 həkim münaqişənin qurbanına çevrilib.

Eyni zamanda ərzaq qıtlığı davam edir. Təxminən 300 min uşaq aclıq və qidalanma çatışmazlığı səbəbilə ölümlə üz-üzədir. Böyüklərdə anemiya geniş şəkildə yayılıb ki, bu da yaralılar üçün qan donoru tapmağı çətinləşdirir.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumundan sonra Qəzza zolağında başlayan müharibədə ölənlərin sayı 62 mini ötüb, 156 mindən çox insan yaralanıb. Bundan əlavə, aclıq səbəbilə 263 nəfər, o cümlədən 112 uşaq həyatını itirib.

Martın 2-dən bəri İsrailin qərarı ilə Qəzzaya beynəlxalq humanitar yardımın girişi tam dayandırılıb. Bütün keçid məntəqələri bağlıdır. Ərzaq yalnız ABŞ və İsrailin nəzarət etdiyi Qəzza Humanitar Yardım Fondu vasitəsilə paylanır.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Fələstin Səhiyyə Nazirliyi #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #xəstəxana

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.