8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu Qəzza ilə bağlı vasitəçilərin son təklifini rədd edib: "Biz bütün girovları istəyirik"

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı Misir və Qətər vasitəçilərinin təqdim etdiyi və HƏMAS-ın da qəbul etdiyi son təklifi rədd edib. İsrail İctimai Yayım Şirkətinin məlumatına əsasən, Netanyahu qismən razılaşmanı rədd edərək bütün girovların eyni anda azad olunmasını tələb edib və “Heç bir girovu arxada qoymayacağıq” - deyə bildirib.

19 Avqust 2025 18:04
Netanyahu Qəzza ilə bağlı vasitəçilərin son təklifini rədd edib: "Biz bütün girovları istəyirik"

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı Misir və Qətər vasitəçilərinin təqdim etdiyi və HƏMAS-ın da qəbul etdiyi son təklifi rədd edib.

AzerVoice xəbər verir ki, İsrail İctimai Yayım Şirkətinin məlumatına əsasən, Netanyahu qismən razılaşmanı rədd edərək bütün girovların eyni anda azad olunmasını tələb edib və “Heç bir girovu arxada qoymayacağıq” - deyə bildirib.

Bundan bir neçə saat əvvəl Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari HƏMAS-ın Misir-Qətər təklifinə çox müsbət cavab verdiyini açıqlamışdı. O, həmçinin HƏMAS-ın cavabının İsrailin daha əvvəl qəbul etdiyi şərtlərlə üst-üstə düşdüyünü vurğulamışdı.

Əl-Ənsarinin sözlərinə görə, təklif ABŞ-ın xüsusi elçisi Stiven Uitkoffun irəli sürdüyü planla da uyğunluq təşkil edir.

“HƏMAS-ın dünən qəbul etdiyi şərtlər Uitkoffun təklifinə 98 faiz uyğun gəlir” - deyə, o bildirib.

Qeyd edək ki, misirli mənbənin verdiyi məlumata görə, yenilənmiş təklif İsrailin hərbi əməliyyatlarını 60 gün müddətinə dayandırmasını və təxminən iki ildir davam edən müharibəni bitirəcək hərtərəfli razılaşmaya aparan yolu nəzərdə tutur.

Təklif həmçinin blokadada olan Qəzzaya humanitar yardımın daxil olmasına şərait yaradır, bunun müqabilində İsrailli girovların iki mərhələdə azad edilməsini nəzərdə tutur – hər mərhələdə 10 nəfər olmaqla, üstəlik təxminən 18 cəsədin də qaytarılması planlaşdırılır.

Hazırda İsrail bölgənin 75 faizinə nəzarət edir. Bu gün İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir şəhərin işğalına dair yekun planı müdafiə naziri İsrael Katsa təqdim edəcək.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #HƏMAS-ın mövqeyi #Eyal Zamir

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.