5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu Qəzza şəhərinin sakinlərinə təcili təxliyə əmri verib

İsrail ordusu bu gün, çərşənbə axşamı Qəzza şəhərində yaşayan bütün sakinlərə və şəhərin bütün məhəllələrində olanlara təxliyə əmri verib. Ordunun bəyanatında sakinlərin Rəşid dəhlizi vasitəsilə Mavasi bölgəsində yerləşən “humanitar zona”ya getmələri tələb olunur. İsrail ordusunun sözçüsü Aviçay Adrai sosial şəbəkə “X” üzərindən yaydığı açıqlamada bildirib. “Qəzza şəhərinin bütün sakinlərinə təcili çağırış: qədim şəhərdən Tut əl-Tuffah bölgəsinə qədər şərqdən qərbdəki dənizə qədər — ordu Həmas-ı tamamilə məhv etməkdə qərarlıdır və şəhərdə güclü əməliyyat aparacaq. Öz təhlükəsizliyiniz üçün dərhal Rəşid dəhlizindən Mavasi bölgəsinə gedin. Burada qalmaq olduqca təhlükəlidir.”-deyə o qeyd edib.

9 Sentyabr 2025 10:49
İsrail ordusu Qəzza şəhərinin sakinlərinə təcili təxliyə əmri verib

BAKI, AzerVoice

İsrail ordusu bu gün, çərşənbə axşamı Qəzza şəhərində yaşayan bütün sakinlərə və şəhərin bütün məhəllələrində olanlara təxliyə əmri verib. Ordunun bəyanatında sakinlərin Rəşid dəhlizi vasitəsilə Mavasi bölgəsində yerləşən “humanitar zona”ya getmələri tələb olunur.

AzerVoice xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adrai sosial şəbəkə “X” üzərindən yaydığı açıqlamada bildirib.

“Qəzza şəhərinin bütün sakinlərinə təcili çağırış: qədim şəhərdən Tut əl-Tuffah bölgəsinə qədər şərqdən qərbdəki dənizə qədər — ordu Həmas-ı tamamilə məhv etməkdə qərarlıdır və şəhərdə güclü əməliyyat aparacaq. Öz təhlükəsizliyiniz üçün dərhal Rəşid dəhlizindən Mavasi bölgəsinə gedin. Burada qalmaq olduqca təhlükəlidir.”-deyə o qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahu isə ötən gün axşam saatlarında Qəzza şəhərinin sakinlərinə müraciət edərək şəhəri dərhal tərk etmələri barədə xəbərdarlıq edib. Netanyahu çıxışında bildirib:

“Qəzza sakinlərinə deyirəm: bu fürsəti dəyərləndirin, sözlərimə diqqətlə qulaq asın — sizə xəbərdarlıq edilib, indi şəhəri tərk edin.”-deyə Netanyahu çıxışında bildirib.

O əlavə edib ki, İsrail qüvvələri hazırda şəhərin içinə toplaşaraq genişmiqyaslı quru əməliyyatına hazırlaşır. Netanyahu həmçinin son iki gün ərzində Qəzzada “HƏMAS-a aid 50 binanın vurulduğunu” açıqlayıb.
“İki gün ərzində 50 terror qülləsini dağıtdıq. Bu isə hələ başlanğıcdır. Əsas hədəf quru əməliyyatının genişləndirilməsidir.”-o bildirib.

HƏMAS İsrailin bu çağırışını qəti şəkildə rədd edərək, bunu “tam miqyaslı zorakı deportasiya cinayəti” adlandırıb. Hərəkat bəyan edib ki, bu addım beynəlxalq qanun və konvensiyaların açıq şəkildə pozulmasıdır.

HƏMAS həmçinin BMT və xüsusilə Təhlükəsizlik Şurasının “bu vəhşiliklər qarşısında susqunluğunu” tənqid edərək bunu “beynəlxalq ikili standartların bariz nümunəsi” kimi qiymətləndirib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #humanitar böhran #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #İsrail və Qəzza münaqişəsi #İsrail vətəndaşlarının Qəzza zolağına qanunsuz girişi

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.