4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

BƏƏ Netanyahunun Qətərə qarşı hədələrini qınayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin baş naziri Benyamin Netanyahunun Qətərə qarşı hədələyici bəyanatlarını kəskin şəkildə pisləyib. Bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsinin direktoru Əfra əl-Hamli “X” sosial şəbəkəsində açıqlama yayıb. “Qardaş Qətər dövlətinin təhlükəsizliyi və sabitliyi, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin təhlükəsizliyi və sabitliyinin ayrılmaz hissəsidir. Hər hansı Körfəz ölkəsinə hücum, birgə körfəz təhlükəsizlik sisteminə hücum deməkdir”, - bəyanatda vurğulanıb

11 Sentyabr 2025 19:38
BƏƏ Netanyahunun Qətərə qarşı hədələrini qınayıb

BAKI, AzerVoice, Səməd Əyyubov

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin baş naziri Benyamin Netanyahunun Qətərə qarşı hədələyici bəyanatlarını kəskin şəkildə pisləyib.

AzerVoice xəbər verir ki, bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsinin direktoru Əfra əl-Hamli “X” sosial şəbəkəsində açıqlama yayıb.

“Qardaş Qətər dövlətinin təhlükəsizliyi və sabitliyi, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin təhlükəsizliyi və sabitliyinin ayrılmaz hissəsidir. Hər hansı Körfəz ölkəsinə hücum, birgə körfəz təhlükəsizlik sisteminə hücum deməkdir”, - bəyanatda vurğulanıb

Əl-Hamli əlavə edib ki, BƏƏ İsrailin çərşənbə günü səsləndirdiyi və Qətərə qarşı gələcək təhdidləri əks etdirən bəyanatları tamamilə rədd edir. O qeyd edib ki, bu təxribatçı və aqressiv ritorikanın davamı bölgədə sabitlik imkanlarını zəiflədərək, regionu son dərəcə təhlükəli ssenarilərə sürükləyə bilər.

Xatırladaq ki, Netanyahu ötən gün Qətərə xəbərdarlıq edərək bəyan etmişdi ki, ya Qətər HƏMAS rəsmilərini ölkədən çıxarsın, ya da onları ədalət qarşısına çıxarsın. "Əks halda, bunu biz edəcəyik” - deyə, o əlavə edib.

Cümə axşamı Qətərdə, əmir şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə, İsrailin Dohada HƏMAS liderlərini hədəf alan misilsiz hava hücumu nəticəsində həlak olan altı nəfər - HƏMAS-ın beş üzvü və bir qətərli təhlükəsizlik əməkdaşı dəfn edilib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #BƏƏ #Qətər #HƏMAS #Körfəz Əməkdaşlıq Şurası #Qətər Əmiri #İsrail hücumu Qətər #İsrail Qətər gərginlik #BƏƏ Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

13:00
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

12:38
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29

Son Xəbərlər

Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.