8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tramp HƏMAS-a planına cavab üçün ən çox dörd günlük müddət verib

ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə 20 maddədən ibarət geniş planını elan etdikdən bir neçə saat sonra HƏMAS-a bu planı qəbul etmək üçün üç-dörd günlük vaxt verdiyini bildirib və razılıq olmadığı təqdirdə nəticənin “çox kədərli” olacağını xəbərdarlıq edib.

1 Oktyabr 2025 03:00
Tramp HƏMAS-a planına cavab üçün ən çox dörd günlük müddət verib

BAKI,AzerVoice

ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə 20 maddədən ibarət geniş planını elan etdikdən bir neçə saat sonra HƏMAS-a bu planı qəbul etmək üçün üç-dörd günlük vaxt verdiyini bildirib və razılıq olmadığı təqdirdə nəticənin “çox kədərli” olacağını xəbərdarlıq edib.

Tramp Virciniya ştatında hərbi bazaya səfərindən əvvəl HƏMAS-ın müharibənin ağır qiymətini ödədiyini, müxtəlif tərəflərin razılaşdığı planı qəbul etməli olduğunu və “terrorçulardan təmiz, yenilənmiş Qəzza” dövrünə başlamaq lazım olduğunu vurğulayıb. O əlavə edib ki, bu yenidənqurma Qəzza sakinlərinin xeyrinə olacaq.

“Onlar 2023-cü il 7 oktyabr hadisələrindən sonra ağır qiymət ödəyiblər-liderləri öldürülüb, itkilər böyük oldu. Ümid edirik ki, onlar yaxşı işlərə malik bir həyat qazana bilərlər; bu baş verərsə, Yaxın Şərqdə həqiqi sülhün əldə edilməsində ən böyük nailiyyətlərdən biri olacaq.”-deyə Trump bildirib.

O qeyd edib ki,bu planla bütün ərəb ölkələri, islam ölkələri, eləcə də İsrail razıdır. “Biz yalnız HƏMAS-ı gözləyirik.Ya HƏMAS razılaşacaq, ya da razılaşmayacaq. Əgər razılaşmazsa, nəticə çox kədərli olacaq”-deyə Tramp bildirib.

Təklif dayanıqlı atəşkəs, HƏMAS-ın əlində qalan israilli girovların buraxılması qarşılığında İsrail həbsxanalarındakı fələstinli məhbusların azad edilməsi, İsrail ordusunun Qəzzadan mərhələli çəkilməsi və HƏMAS-ın silahsızlaşdırılmasını nəzərdə tutur. Həmçinin plan Qəzzanın idarə olunmasına beynəlxalq nəzarətdə müəyyən çərçivə daxilində texnokrat fələstinlilərdən ibarət keçid rəhbərliyinin təyin edilməsini təklif edir.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Donald Tramp #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Qəzzanın yenidən qurulması #İsrail cinayətləri #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Trampın iddiaları #Misirin Qəzza siyasəti #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #HƏMAS girovları #HƏMAS və İslami Cihad #HƏMAS-ın mövqeyi #HƏMAS-ın Qərb Sahilində yüksəlişi #HƏMAS və Qəzzanın gələcəyi #HƏMAS-ın bəyanatı #7 Oktyabr HƏMAS hücumu

Mövzu üzrə digər xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən

Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı

07:01

Son Xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.